“Prezident Tramp bu gün RF-na qarşı Konqresin qəbul etdiyi qanuna imza atdı. Bu qanun ABŞ, təbii ardınca Avropa İttifaqının RF-na qarşı son 27 ildə qəbul etdiyi ən ağır sanksiyanın qanunudur və bu münasibət yenidən sovet diktaturasına qarşı yönəldilmiş total mübarizəni xatırladır”.
Ovqat.com xəbər verir ki, bunu eks-spiker dünən facebook səhifəsində paylaşığı statusda bildirib.
ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaları analiz edən Rəsul Quliyev Moskvanın sovet dövründə olduğu kimi yenə iqtisadi-strateji səhvə yuvarlandığını bildirərək, fikrini belə əsaslandırıb:
“1991-ci ildən müstəqilliyini əldə etmiş RF sovetlərdə olduğu kimi iqtisadiyyatını inkişaf etdirmək əvəzinə, xam malın eksportunu gücləndirməklə kifayətlənmişdir. Nəticədə Qərbin izolyasiyası onun finansını yaxın vaxtlarda darmadağın edəcək. 2014-cü ildən qoyulmuş sanksiyalara görə Rusiyada həyat səviyyəsi ən azı 45 faiz aşağı düşüb.Bu sanksiya hərbi qüdrətini artırmaq istəyən Rusiyanı istənilən variantda dizləri üstə çökdürəcək. Rusiya xalqlarını ya Putin və dözülməz həyat, ya da Putinsiz əvvəlki normal həyat seçimi qarşısında qoyacaq.
Putinin əsas yanıldığı məqamın Trampın gücünü düzgün qiymətləndirməməsində görən eks-spikerin fikrincə, Rusiya liderinin son zamanlardakı çıxışları bir daha bu insanın necə demokratiyadan uzaq olduğunu, ümumiyyətlə anlamadığını göstərir: “Bu adam artıq Trampı zəif hesab edir. Çünki özünün Dövlət Duması və Federasiya Şurasına istədiyi qərarı qəbul etdirməsini Trampın Konqresə qarşı tətbiq edə bilməməsini demokratiyada yox, onun zəifliyində görür. Sözün əsl mənasında, abır-həyasını itirmiş bu insanın psixikası dağılıb, əslində onun yeri Kreml yox, KQB-nin keçmiş ruhi xəstələr üçün olan xəstəxanalarından biridir”.
Rəsul Quliyev statusunda Azərbaycan hakimiyyətinə də öz məsləhətlərini verib:
“Bütün iqtisadiyyatını xammal eksportunun üzərində qurmuş Azərbaycanın kumirləri ruhi xəstə, diktator Putin və addımbaaddım diktatura qurmaqa cəhd edən Ərdoğandır. Hər ikisini çox acınacaqlı tale gözləyir. İdarəciliyini Putinə verən Azərbaycan erməni silahlı qüvvələrinin belə iştirak etdiyi Gürcüstanda keçirilən NATO manevrlərində ya iştirak etmədi, ya da iştirak etməyə icazə vermədilər. Bu çox acınacaqlı haldır.
Şimal axınından (qazı Hamburqa (Almaniya) nəql edən boru kəməri) mərhum ediləcək Rusiya Ukraynadan asılı vəziyyətə düşəcək. Bu sanksiyanın Cənub axınına (Rusiya-Türkiyə-Yunanıstan) necə təsir edəcəyi hələ məlum deyildir. Ancaq, çox ehtimal, onun da qarşısı alınacaq.
Azərbaycan Rusiyanın tabeçiliyindən çıxmalıdır. Rusiya Azərbaycanın heç bir problemini həll etmək gücündə deyildir. Demokratik dəyərlərsiz Azərbaycan liderlərinin heç bir gələcəyi yoxdur, ola da bilməz”.
Paylaş: