Xəbər lenti


 

Prezident Ərdoğan Ukraynalı həmkarı Zelenski ilə birgə mətbuat konfransı keçirib. 

 

Ovqat.com-un məlumatına görə, Türkiyə prezidenti mətbuat konfransında deyib: 

 

“Biz Rusiyanın da daxil olacağı sülh sammitinə ev sahibliyi etməyə hazırıq. Qara dəniz təşəbbüsü qlobal ərzaq böhranının qarşısını aldı. Həmin razılaşma yenə də bu zalda bağlandı. Biz yeni razılaşmanın əldə olunması üçün əvvəlki kimi əlimizdən gələn dəstəyi verməyə hazırıq”.

 

Ərdoğan Ukraynanın NATO qurumlarla inteqrasiyasına dəstəyini bir daha təkrarlaylb: “Bu gün keçirdiyimiz görüşlərdə ikitərəfli münasibətlərimizin gündəliyində duran məsələləri ətraflı müzakirə etdik. Biz şadıq ki, ikitərəfli ticarətimiz sabit kursla gedir. 10 milyard dollarlıq ticarət hədəfinə doğru səylərimizi artırmağa razılaşdıq. Bir çox şirkətlərimiz bu sahədə işlərini davam etdirirlər. Biz Ukraynanın yenidənqurma səylərini də güclü şəkildə dəstəkləyəcəyik”.

 




Ana səhifəyə qayıt        Baxış: 4 312          Tarix: 8-03-2024, 22:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma