Xəbər lenti


Dünən axşam İsrail Livanın paytaxtı Beyrutda Hizbullahın Baş qərargah rəisi, təşkilatın faktiki ikinci adamı sayılan Fuad Şükürün evinə raket hücumu edib.

 

Ovqat.com-un məlumatına görə, hücum nəticəsində iki ən azı 1 nəfərin öldüyü, çox sayda insanın yaralandığı bildirilir.

 

Bəzi ərəb qaynaqlarının iddialarına görə, Fuad Şükür də öldürülənlər arasındadır.

 

Digər bir şok məlumat isə HƏMAS (Fələstin İslami Müqavimət Hərəkatı)-dan gəlib. 

 

HƏMAS İran paytaxtı Tehranda məskunlaşan siyasi lideri İsmayıl Haniyənin də öldürüldüyünü açıqlayıb.

 

HƏMAS-ın yaydığı bəyanatında deyilir ki, Haniyə “Tehrandakı evinə xain sionist basqını zamanı” öldürülüb.

 

Faktı SEPAH da təsdiqləyib. SEPAH-ın bəyanatda deyilir: “HƏMAS İslami Müqavimət Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehrandakı evi bombalanıb və o, mühafizəçilərindən biri ilə birlikdə şəhid olub”.

 

Hər iki hücumun İsrail tərəfindən həyata keçirildiyi güman olunur.


Qeyd edək ki, İsmayıl Haniyə Məsud Pezişkiyanın andiçmə mərasiminə qatılmaq üçün Tehrana getmişdi.




Ana səhifəyə qayıt        Baxış: 5 476          Tarix: 31-07-2024, 08:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma