“Almaniya Rusiya ilə 5 ildən sonra baş verə biləcək müharibəyə hazırlaşmalıdır”.
Ovqat.com-un məlumatına görə, Almaniya Silahlı Qüvvələrinin Hamburqdakı komandanı Mixail Giis belə fikirləşir.
“Welt am Sonntag” müsahibəsində deyib: "Mənim bir əsgər kimi daxili saatım tıqqıltı ilə işləyir və mənə deyir ki, 5 ildən sonra biz sosial cəhətdən o qədər möhkəm olmalıyıq ki, xarici hərbi təhlükəyə tab gətirə bilək".
General həmçinin Hamburqun gərginlik və müharibə vəziyyətində Almaniyanın ən böyük dəniz limanı kimi oynamalı olduğu rola diqqət yetirdiyini bildirib.
Qeyd edək ki, 5 ildən sonra müharibə yanlız Mixail Giisin ağlına gəlməyib. Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius da demişdi ki, Berlin 2029-cu ilə qədər müharibəyə hazır olmalıdır.
Paylaş: