Xəbər lenti

 

İran prezidenti Məsud Pezişkiyan iqtisadi problemlərin aradan qaldırılması və 8 faizlik artıma nail olmaq üçün 100 milyard dollarlıq xarici investisiyaya ehtiyac olduğunu açıqlayıb.

 

Ovqat.com-un məlumatına görə, Pezişkiyan vəzifəyə gəldikdən sonra ilk televiziya müsahibəsində bunları bildirib. O, sanksiyaların İran iqtisadiyyatına təsirindən danışıb və administrasiyasının illik 40 faizi keçən inflyasiyanı azaltmağı planlaşdırdığını, lakin bunun beynəlxalq proseslərdən asılı olduğunu qeyd edib.

 

Pezişkiyan həmçinin açıqlamasında bildirib: “Mütəxəssislər və iqtisadçılar deyirlər ki, İranın öz məqsədinə çatması üçün 250 milyard dollara qədər vəsait lazımdır... Ölkədə olan bütün pulumuz 100 milyard dolları keçmir, ona görə də 100 milyard dollar xarici investisiyaya ehtiyacımız var. Bu, bizim dünya, qonşularımız və xaricdəki iranlılarla əlaqəmizdən asılıdır”.

 




Ana səhifəyə qayıt        Baxış: 4 238          Tarix: 3-09-2024, 07:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma