Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
ABŞ-ın havadan müdafiə sistemləri Rusiyanın qitələrarası ballistik raketlərini tam havaya qalxış sırasında vurmaq imkanına malikdir.
Strateq.az xəbər verir ki, bu həqiqəti Rusiya Hava və Kosmik qüvvələr Elmi-Tədqiqat İnstitutunun rəhbəri Sergey Yaqolnikov etiraf edib.
Moskva VI Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış edən Yaqolnikov qitələrarası ballistik raketlərin düyməsinin basılmasından cəmi 150 saniyə sonra ABŞ hava müdafiə sistemlərinə tuş gələ biləcəyini bildirib. Bunun üçün isə sadəcə həmin raketlərin havalanmasını təsbit etmək lazımdır.
Sergey Yaqolnikov fərz edilən həmin vurulma prosesinin mərhələlərini bu cür sadalayıb:
"Kosmik vasitələrin xəbərdarlıq siqnalı verməsiylə ABŞ-ın hava müdafiə sistemləri Rusiyanın qitələrarası ballistik raketləri uçuşa başladıqdan 85 saniyə sonra atəşlənə bilər. 20 saniyə raketlərin yerinin təsbitinə, 20 saniyə əmr komandasının verilməsinə, 45 saniyə də koordinatların hesablanması və sistemin hazır vəziyyətə gətirilməsinə gedər. Beləliklə, uçuşun 150-ci saniyəsində qitələrarası ballistik raketləri vurma imkanı mövcuddur ".
Yaqolnikov, bu hesablamaların ABŞ-ın elm adamları tərəfindən təsdiqləndiyini da sözlərinə əlavə etdi.
Qeyd edək ki, dünyanın ən uzunmənzilli ballistik raketlərinə malik olan Rusiya bu zaman qədər öz silahlarının vurulmazlığı ilə öyünürdü. Moskvanın iddiasına görə, məsələn, 11 min km-lik mənzilə sahib olan “SS-27 Topal M” atıldıqdan bir müddət sonra Yerin orbitindən çıxdığı üçün onun yerini nə təsbit etmək, nə də o yüksəkliyə havadan müdafiə raketləri atmaq olar.
Rusiyanın bu məsələdə ən bilgili şəxsi Yaqolnikovun dediyindən isə belə anlaşılır ki, Pentaqon özünün bu çatışmazlığını kosmik imkanları sayəsində raketlərin uçuşunu operativ təyinetmə və onların “əlçatmaz” yüksəkliyə qalxmadan zərərsizləşdirmək imkanıyla kompensasiya edib.
Məsələyə bu aspektdən baxanda ABŞ-ın Qara dəniz ətrafındakı ərazilərdə havadan müdafiə sistemlərini quraşdırmasına Rusiyanın niyə bu qədər ciddi reaksiya verdiyi də məlum olur. Belə görünür ki, Rusiyanın ən çox güvəndiyi ballistik raketlərinin “əlçatmaz” yüksəkliyə qalmadan vurulması üçün ona xeyli yaxınlaşmaq tələb olunur. Əks halda Yerin orbitindən çıxmağı bacaran bu raketlərin zamanında vurulmaması ABŞ-ın hərbi qüdrətini mənasızlaşdırar.
Heydər Oğuz
Strateq.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar