Xəbər lenti

 

 

Dünya yaranandan bəri onun kasıb və varlı sakinləri var. Maraqlıdır ki, kasıb-varlı ayırımı təkcə sadə insanlara da aid deyilmiş. Dünyanın liderləri və idarəçiləri arasında da ciddi sosial uçurumlar mövcud imiş.

Təsəvvür edin, maaşları bəlli olan ən varlı siyasi liderin aylığı 40 min dollara yaxın olduğu halda, ondan, az qala 30 dəfə az məvacib alan rəhbərlər də var. Yəqin ki, bilməmiş olmazsınız, sən demə, dünyanı idarə edənlər arasında ən kasıbı da elə bizim payımıza düşürmüş. Söhbət Azərbaycanın baş naziri Artur Rasizadədən gedir.

Gəlin, Artur müəllimin nə qədər kasıb olduğunu anlamaq üçün Ovqat.com-un hazırladığı liderlərin maaş cədvəlinə nəzər salaq:

 

Cənubi Koreya prezidenti: 13 min 500 ABŞ dolları (bundan sonra $)

Çili Prezidenti: 16 min $

Avstraliyanın Baş naziri: 43.5 min $

Braziliya Prezidenti: 15 min $

İtaliyanın Baş naziri: 16 min $

Rusiyanın Baş naziri: 12.7 min  $

Fransa Prezidenti: 21 min $

Yaponiyanın Baş naziri: 17 min $

İngiltərənin Baş naziri: 18 min $

Cənubi Afrika Prezidenti: 19 min $

Kanada Prezidenti: 22 min $

Sinqapurun Baş naziri: 13 min $

İsveçrə Prezidenti: 39 min $

AB Komissiyasının rəhbəri: 29 min $

AB Şurasının sədri: 27 min $

Kanadanın Baş naziri: 22 min $

İrlandiya Prezidenti: 23 min $

Lüksemburqun Baş naziri: 26 min $

Yeni Zelandiyanın Baş naziri: 27 min $

Avstraliyanın Baş naziri: 33 min $

Rusiya Prezidenti: 13 min $

Almaniya Baş naziri: 21 min $

Amerika Birləşmiş Ştatları Prezidenti: 34 min $

Türkiyə Respublikasının Prezidenti: 10 min $

Azərbaycan Prezidenti: 15 min manat- 9 min $

Azərbaycanın Baş naziri: 2406 manat-1436  $




Ana səhifəyə qayıt        Baxış: 2 560          Tarix: 29-04-2017, 22:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma