Estoniya diplomatik məsrəflərdən yaxa qurtarmağın asan yolunu tapıb. Ölkə yaxın illərdə e-diplomatiya sisteminə keçmək istəyir.
Ovqat.com xəbər verir ki, Estoniya hökumətinin milli dijital məsələləri üzrə müşaviri Marten Kaevatsın mətbuata açıqlamalarından belə anlaşılır.
Müşavirin bildirdiyinə görə, Estoniya bəzi ölkələrdə dijital səfirliklər açmaq haqqında fikirləşir. Hətta ilk e-səfirlik artıq Luksemburqda açılıb belə. Gələn ilin ilk günündən ölkənin Luksemburqdakı səfirliyi fəaliyyətə başlayacaq.
Qeyd edək ki, Estoniya 2005-ci ildən etibarən başdan-ayağa virtuallaşmağa başlayıb. Ölkədə rəsmi fəaliyyətin 99%-i internet üzərindən göstərilir. Hətta bu xüsusiyyətinə görə, Estoniyanı bəzən e-Stonia da adlanırırlar.
Estoniyanın bütün xarici ölkələrlə diplomatik əlaqələrini dijitallaşdırması 2025-ci ilə qədər tamamlanacaq və o, dünyada ilk “torpaqsız” dövlət kimi tarixə düşəcək.
Paylaş: