Xəbər lenti
Dünən, 19:25

 

Əli ibn Əbu Talib (radıyallahu anhu) oğlu Huseynə (radıyallahu anhu) nəsihət edərək demişdir:

"Oğlum, sənə həm gizlində, həm də aşkarda Allahdan qorxmağı,

həm quvvətli, həm də zəif halında haqqı deməyi,

həm varlı, həm də kasıb olanda qənaət etməyi,

həm dosta, həm də düşmənə qarşı ədalətli olmağı,

həm təmbəllik, həm də yaxşı əhval-ruhiyyədə olduqda çalışmağı,

həm çətin, həm də asan vaxtı Allahdan razı olmağı tövsiyyə edirəm.

Oğlum, bil ki, Cənnətdə hec bir pislik, Cəhənnəmdə isə hec bir xeyir yoxdur.

Cənnətdən başqa hər bir nemət, Cəhənnəm odundan da başqa hər bir bəla hec kimidir.

Oğlum bil ki, öz eyiblərini görən şəxs, hec zaman başqasında eyib tutmaz.

Allahın ona böldüyü payla razilaşan şəxs hec zaman itirdiyi bir şeyə təəssüflənməz.

Pis niyyətlə qılıncını qınından cıxaran elə onunla da öldürülər.

Qardaşına quyu qazan özü düşər.

Özgəsinin hicabini açan şəxsin ailə üzvlərinin örtüyü açılar.

Öz səhvlərini unudan şəxs başqalarının səhvlərini böyüdər.

Hər işə dözən tələf olar.

Dənizə surətlə atılan batar,

özünü bəyənən kəs yolunu azar,

ağlını hamıdan yüksək tutan alçalar,

başqalarını səfeh sayan söyülər,

pis yerlərə gedən böhtanlara məruz qalar,

alçaqlara qarışan rəzil olar,

alimlərlə oturub-duran isə ucalar,

cox sevinən ələ salınar,

ayrı olan salamat  qalar,

şəhvətlərini tərk edən azad olar,

həsədi tərk edəni insanlar sevər.

Oğlum, möminin izzəti insanlardan hec bir şey istəməməyidir.

Aza qane olmaq tükənməz bir maldır.

Olümü tez-tez xatırlayan azacıq dünya nemətlərinə razı olar.

Əzabdan qorxub pis əməli tərk etməyənin və xeyir istəyib çalışmayanın halı necə də qəribədir.

Oğlum, bil ki, zikr nurdur, qəflət zülmətdir, cahillik zəlalətdir, başqasindan ibrət göturən xosbəxtdir, ən xeyirli miras ədəbdir, ən yaxsi dost gözəl əxlaqdır.

Oğlum, qohumluq əlaqələrini kəsməklə irəliləyiş, pisliklə də varlanmaq olmaz.

Oğlum, salamatlıq on qismdir: Onun doqquzu, - zikr istisna olmaqla, - susmaqdır.  Biri isə səfeh insanların məclisindən uzaq olmaqdır.

Kim məclislərdə Allaha asilik numayiş etdirsə rəzil olar.

Elm tələb edən isə bilikli olar.

Oğlum, elmin zirvəsi mulayim olmaqdır.

Müsibətlərə səbir etmək isə iman xəzinələrindəndir.

Iffətli olmaq kasıbın, şükür etmək isə varlının zinətidir.

Bir şeyi çox edən onunla tanınar.

Çox danişanın səhvi də çox olar.

Xətasi çox olanın isə həyası az olar.  Həyası az olanın təqvası da azalar. Təqvası azalanın isə qəlbi məhv olar. Qəlbi məhv olan kəs isə Cəhənnəm oduna girər.

Oğlum, günahlarından dolayı ümüdsüzliyə düşmə, əməllərini xeyirlə bitirən o qədər günahkar var ki...

Həmcinin nə cox əməl edib sonda Cəhənnəmə düşənlər var.

Məqsədini axtaranın işləri yüngülləşər.

Oğlum, bil ki, cox ziyarət etmək adamı bezdirir.

Təcrubə toplamadan rahat olmaq səhv bir addımdır.

Insanin özünü bəyənməsi isə onun ağıldan kəm olduğuna sübutdur.

Oğlum, islamdan daha sərəfli, təqvadan daha ülvi, tövbədən yaxşı şəfqət, iffətdən gözəl libas yoxdur.

Oğlum, elmini və əməlini, sevgini və nifrətini, aliş-verişini, danışığını və sükutunu yalniz Allah ücün edən kimsəyə Cənnət vacib olar".

 

__________

Tarix əl-Uməm var-Rusul val-Muluk, 5/147-148

əl-Bidayə van-Nihayə, 7/328-329




Ana səhifəyə qayıt        Baxış: 1 431          Tarix: 18-01-2018, 23:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma