Françeska Astorri
“Al-Arabiya”
İŞİD-in zəifliyi artıq məlumdur. Amma bir vaxtlar terrorçu qrup Birləşmiş Krallıqdan böyük əraziyə nəzarət edirdi. İndi Raqqa kimi qalası üzərində belə nəzarəti itirib.
2015-ci ildə təxminən 2 milyard dollar sərvətlə ən zəngin terrorist qrupolduqdan sonra İŞİD-in gəliri elə 2015-ci ildən başlayaraq hər ay 81 milyon dollar azalaraq 2017-ci ildə aylıq 16 milyon dollar həddinə çatıb.
Buna baxmayaraq, 2016-cı ildə İŞİD qurbanlarının və fəaliyyət göstərdiyi ölkələrin sayı artıb.
İqtisadiyyat və Sülh İnstitutu tərəfindən nəşr olunan 2017-ci ilin “Qlobal Terrorizm İndeksi” hesabatına görə, İŞİD 15 ölkədə 9 mindən çox qurbanla ən ölümcül terrorçu qrupdur və 2015-ci ildən etibarən əhatəsinə daha dörd dövləti alaraq fəaliyyət dairəsini genişləndirib.
Bu ziddiyyətli məlumatlar İŞİD-in tamamilə bitmədiyini sübut edirmi?
Bəlkə də, yox.
Qurbanların artması
Romadakı LUISS Universitetində terrorizmin sosiologiyasını tədris edən professor Alessandro Orsini deyib: "Qurbanların sayının artması yalnız və yalnız 2016-cı ildə hərbi qarşıdurmanın artması ilə bağlıdır. Bu, İŞİD qurbanlarının əksəriyyətinin onun məğlub edildiyi İraqda qeydə alınması ilə sübuta yetirilib".
"İŞİD-in fəaliyyət göstərdiyi ölkələrin sayının optik illüziya ola biləcəyini düşünürük. Yəni daha çox ölkəni görürük, amma əslində, oradakı digər terrorçu qruplar öz əməllərinin nəticəsini İŞİD markasını istifadə etməklə çatdırır".
Ancaq bu məlumatlar, ümumiyyətlə göründüyü kimi, ziddiyyətli olmaya bilər, hətta bu məqamda İŞİD əleyhinə olan daha təsirli mübarizə tədbirinə dair suallar ortaya qoyur.
İtaliya parlamentinin deputatı və parlamentin Xarici Əlaqələr Komitəsinin üzvü Mişel Piras deyib: "Terrorizmin dərinliyi yoxdursa, biz döyüşü deyil, döyüşdə qalib gəlməni təhlükə altına alırıq. Biz mülki və iqtisadi cəmiyyəti yenidən qurmalıyıq, dövlətləri yenidən qurmalıyıq. Yaxın Şərqdə sabit dövlətlər yoxdur, buna görə də, İŞİD qalib gəlir".
Terrorla mübarizə metodologiyası
İqtisadi və Sülh İnstitutu tərəfindən nəşr olunan, 1970-2007-ci illər arasında terrorçu qrupların necə sona çatdığına dair bir araşdırmaya əsasən, terrorizmə qarşı repressiv tədbirlər sol qanad terrorçu qruplara (26%) münasibətdə müsbət, dini terror təşkilatlarına (yalnız 12%) qarşı az səmərəli olub.
Siyasi təzyiq hüququ qanadlı terrorçu qrupların 48%-ini “möhürlənib”, yəni əksər milliyyətçi qruplar daxili parçalanma nəticəsində sona çatıb.
Ərazilərin dəyişməsini istəyən terrorist qruplar, – 165 qrupdan 85-i, – 2007-ci ildən etibarən hələ də aktivdir.
Bu, bütün terrorçu qruplar vahid antiterrorizm strategiyasının olmadığını göstərir.
Bəzi hallarda, terrorçu qrupların içindən peyda olduğu əhalinin qeyri-terrorist davranışını “mükafatlandıran” barışdırıcı hərəkətlər, sülh prosesləri repressiv tədbirlərdən daha effektivdir.
Yenidənqurma aləti?
Əslində, repressiv tədbirlər, həqiqətdə, terrorçuların işə cəlb edilməsi vasitəsi ola bilər. Bu halda həmin terrorizmlə mübarizə strategiyası İŞİD-ə qarşı daha effektivdirmi?
Romadakı Amerika Araşdırmaları Mərkəzinin direktoru Paolo Messa deyir: "Yalnız İŞİD-in hərbi məğlubiyyətinə diqqət yetirmək terrorizm tərəfindən yaranan problemlərin aradan qaldırılmasında reduktivdir. Hərbi cavab kifayət deyil, təhlükəsizliyimiz üzərində çalışmalı və bu cinayətkar qrupların maliyyələşdirilməsini azaltmalı və mədəni bir şəkildə fəaliyyət göstərməliyik".
Digər terrorçu qrupların fəaliyyətini və aqibətini müqayisə etmək və bu strategiyanı həyata keçirməyə çətindir, çünki hər bir terrorçu qrupun öz tarixi, quruluşu və xüsusiyyətləri var. Amma professor Orsini İŞİD əleyhinə strategiyaya şübhə etmir.
"Qərb Yaxın Şərqdəki suveren dövlətləri dağıdan müharibələri dayandırmalı və həmin dövlətlərə dəstək verməlidir. Terrorçular həmişə güclü dövlətlərlə mübarizədə məğlub olurlar. Buna görə də Yaxın Şərqdə daha güclü və daha sabit dövlətlərə ehtiyacımız var", – Orsini bildirib.
Tərcümə: Strateq.az
Paylaş: