Xəbər lenti

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AŞPA-nın Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla bağlı qərəzli qərarına dair AZƏRTAC-ın sualını cavablandırıb.

- Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı qurum tərəfindən sərgilənən qərəzli və ikili münasibəti necə qiymətləndirirsiniz?

Xarici İşlər Nazirliyi tərəfindən dəfələrlə bildirilib ki, Avropa Şurası, istər onun icraedici strukturu təmsil edən Nazirlər Komitəsi, istərsə də parlament istiqamətini təmsil edən Parlament Assambleyası Azərbaycana və ölkəmizin nümayəndələrinə münasibətdə davamlı olaraq ikili və ədalətsiz mövqe sərgiləyir.

Avropa Şurası ədalət və insan hüquqlarının qoruyucusu kimi özünü təqdim etməsinə baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsi kontekstində bütün fundamental hüquqları kütləvi şəkildə pozulmuş azərbaycanlı məcburi köçkün və qaçqınların hüquqlarının müdafiəsi və onlara münasibətdə ədalətin təmin olunması baxımdan heç bir iş görmür və etinasız mövqe göstərir.




Ana səhifəyə qayıt        Baxış: 664          Tarix: 18-05-2018, 23:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma