Xəbər lenti

 

2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında yaradılmış Azərbaycan Mətbuat Şurası media məkanımızın saflaşması, jurnalistikamızın siyasi maraqlardan, qrup mənafelələrindən xilas olması üçün mübarizə aparıb, barışmaz mövqeyi ilə seçilib. Ötən müddətdə Şuranın cəmiyyətdə etibarlı ictimai institut kimi özünü təsdiqləməsi də məhz bu məramın gerçəkləşməsinə olan məsuliyyətli yanaşmadan irəli gəlib.

Mətbuat Şurasının media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsinə yönələn missiyası heç də birmənalı qarşılanmayıb. Fəaliyyətinin ilk illərində bir-birinə zidd siyasi qütblər tərəfindən qınaq obyektinə çevrilmiş Şura sonrakı zaman kəsiyində mətbuatdan sui-istifadə, şantaj və böhtan əməllərini gerçəkləşdirmək niyyətində olan şəxslərin tənələri, təhdidləri ilə üzləşib. Qurumun İdarə Heyətinin üzvləri təhqirlərə, nalayiq ifadələrə məruz qalıblar. Mətbuat Şurasına qarşı məhkəmə iddiaları da olub.

Nə özlərinin media ilə bağlı yarımçıq təsəvvürlərini həqiqət hesab edib cəbhə açanlar, nə də kimlərəsə sığınıb guya komanda oyunu oynadıqlarını düşünənlər uğur qazanıblar. Ölkə ictimaiyyəti onların düşdükləri durumun acınacaqlı sonluğunun görüb. Bu aqibət söz və ifadə azadlığının ruhuna, mahiyyətinə xəyanətin məntiqi nəticəsidir. Təəssüf ki, media orqanı adı ilə fəaliyyət göstərərək ölkəmizdə yaradılmış söz azadlığına, plüralizmə zor tətbiqi yolundan dönməyənlər qalmaqdadırlar. Onlar jurnalistika ilə bağlı bəsit təsəvvürlərini dəyər kimi ictimailəşdirməyə cəhd göstərirlər.

Mətbuat Şurasından verilən məlumata görə, qurumun istədiyi «Reallıq.info» və digər saytların rəhbəri olan İkram Rafiqoğlu kimilərinin jurnalist adı ilə ayrı-ayrı vətəndaşlara, idarə, müəssisə və təşkilatlara yanaşmasındakı «damokl qılıncı» obrazını heçə endirmək, bu üsul və vasitələrin əsl jurnalistika prinsipləri baxımından yolverilməzliyini, demokratik cəmiyyət quruculuğuna zidd təmayüllərini isbatlamaqdır. \\Open.az




Ana səhifəyə qayıt        Baxış: 365          Tarix: 27-10-2018, 21:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma