Xəbər lenti
 
Səhər-səhər telefon zənginə oyandım. Hansısa saytın əməkdaşı kimi özünü təqdim etdi. Yuxulu olduğumdan saytın adı yadımda qalmayıb. Məndən soruşur ki, bəs sabiq müdafiə naziri Səfər Əbiyevin oğlunu işdən qovublar. Bu nə ilə bağlıdır. Dedim ay xanım, heç hənanın yeridir? Ayıbdır axı. "Ayıb sizə olsun" cavabından sonra telefonu söndürdüm. İki dəqiqə keçməmiş nömrəsiz telefon yenidən səslənməyə başladı. Telefonu açar-açmaz həmin xanım məni hədələməyə, şantaj eləməyə başladı və bildirdi ki, yaxın əlaqədə olduğunuza görə məlumat almaq istədim, siz isə təhqir etdiniz. Ancaq təhqiredici hansı ifadəni işlətdiyimi soruşduqda telefonu qapatdı. Mənə belə gəlir, o jurnalist deyildi.  Kiminsə öyrədilmiş təlxəyi idi. Əsəblə oynamaq  istəyirdi. 
 Adam söz tapmır deməyə. Birincisi,  məsələnin təfərrüatını haradan və necə bilərəm? İkncisi, Səfər Əbiyevlə yaxın olmaq məgər cinayətdir? 20 ilə yaxın ölkənin müdafiə naziri olub. Gördüyünüz ordu onun dövründən inkişaf etməyə başlayıb. İndi zəmanə dəyişib, əməyi, zəhməti yerə vurmaq, danmaq asanlaşıb.  Mənim Səfər Əbiyevin şəxsiyyətinə böyük hörmətim var və bundan sonra bu hörməti dəyişə biləcək hər hansı amilin təsirini görmürəm. 
Eldar Sabiroğlu.



Ana səhifəyə qayıt        Baxış: 569          Tarix: 26-11-2018, 18:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma