Neftin qiymətinin ucuzlaşması trans-milli neft şirkətlərindən də yan keçmir. Bir neçə il əvvələdək yüksək mənfəət göstəriciləri ilə çalışan şirkətlərin indi resessiya (iqtisadi geriləmə) yaşaması barədə xəbərlər tez-tez qarşımıza çıxır.
Ovqat.com xəbər verir ki, sonuncu belə xəbər dünyanın 8-ci böyük neft şirkəti olan “Eni”-dən gəlib.
Məlumata görə, bu ilin II rübündə İtaliyanın “Eni” şirkətinin mənfəəti 27% azalaraq 562 mln. avro təşkil edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin mənfəəti proqnozdan daha aşağı olub.
Mənfəətin azalması neft və qazın aşağı qiymətləri ilə əlaqələndirilir.
Hesabat dövründə şirkətin hasilatı da 2% azalıb. Bununla belə, “Eni” neft və qazın illik hasilat göstəricisinin 2-2,5% çox olacağını proqnozlaşdırır.
Şirkətin maliyyə göstəriciləri açıqlandıqdan sonra səhmləri 0,9% ucuzlaşıb.
Paylaş: