Xəbər lenti

 

Ermənistanda Göyçə gölü sahilində atıcılıq yarışlarına start verilib.

 

Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, atıcılıq sınaqları ilə bağlı diqqət çəkən iki mühüm məqamdan biri atəş məşqlərinə kütləvi marağın müşahidə edilməsi ilə bağlıdır. Fotolardan da göründüyü kimi, məşqlərdə erməni qadın və uşaqların kifayət qədər fəallıq göstərib. Əslində güllə yarışlarına qadın və uşaqların böyük maraq göstərməsi erməni cəmiyyətinin “sülhpərvər” maskasındakı ən böyük dəlik sayıla bilər.

Yarışlarla bağlı ikinci mühüm məqam isə poliqon kimi Göyçə gölünün seçilməsi ilə bağlıdır. Uzun illərdir ki, Göyçə gölünü müxtəlif kimyəvi tullantılarla zəhərləyən ermənilər bu kəs gölün səthini də güllə yağışı ilə “oxşamaqla” təbiətə “əsl qayğı” sərgilədi.

Məlumat üçün qeyd edək ki, Göyçə gölündəki güllə yarışı erməni mətbuatı və QHT-ləri tərəfindən böyük marağa səbəb olub. 

Təşkilatçılar tərəfindən gələcəkdə də bu cür yarışların keçirilməsi nəzərdə tutulur.

 




Ana səhifəyə qayıt        Baxış: 333          Tarix: 20-08-2019, 17:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma