Xəbər lenti

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadada şirkəti və mülkü aşkarlanıb.
Azeuronews.com xəbər verir ki, Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadanın paytaxtı Torontonun “North York” bölgəsində  şirkəti və mülkü var. İcra başçısının oğlunun Kanadadakı mülkünün 1 milyon 300 min dollar olduğu göstərilir.

Qeyd edək ki, ölkəmizdə dəbdəbəli həyat tərzi sürən məmurlarından biri də Saatlının icra başçısı Nazim İsmayılov və ailə üzvləridir. 
2001-ci ildən Göyçay, Şamaxı, Sabirabad rayonlarını idarə edən və hazırda Saatlı rayonlarına başçılıq edən Nazim İsmayılovun bu və digər yollarla topladığı milyonları və mülkləri barədə ölkə mətbuatında təkzib olunmayan məlumatlar dərc olunub. 
Həmin məlumatlarda qeyd olunur ki, icra başçısının Bakıda bir neçə villası, yüzminlərlə manat dəyərində maşınları, başqa dəyərli obyektləri var.

Anar İsmayılovun Kanada biznesi ilə bağlı araşdırmamız davam edir. 




Ana səhifəyə qayıt        Baxış: 479          Tarix: 3-09-2019, 12:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma