Rusiya və Türkiyə prezidentləri mayın 3-də Soçidə görüşəcəklər.
Ovqat.com-un bildirdiyinə görə, görüşdə əsasən ikitərəfli iqtisadi əlaqələr və Suriya məsələsinin müzakirəsi gözlənilir.
Bəs, görəsən, rusiyalı ekspertlər bu görüşdən nə gözləyirlər?
Rusiya Xarici İşlər Nazirliyinə bağlı Diplomatiya Akademiyasının Şərqşünaslıq kafedrasının müdiri professor Aslanbek Mozloyevin fikrincə, görüşün əsas müzakirə mövzularından biri Suriya məsələsi olacaq:
“Soçidə hər iki lider də Astana görüşlərinin sürətlənməsini istəyəcək. Astana, iki ölkənin də maraqlarına uyğun bir prosesdir”-deyən Mozloyevə görə, regional mövzularda əməkdaşlıq üçün isə iki ölkənin münasibətlərindəki anlaşılmazlıqların həll edilməsi lazımdır:
"Beynəlxalq terrorizm müasir dövrdə hər kəs üçün təhdid meydana gətirir. Bu mövzunun görüşdə əhəmiyyətli yer tutacağını düşünürəm. Ancaq bu təhdidə qarşı ortaq mübarizə aparmaq üçün iki ölkənin aralarındakı mövzuları həll etməli lazımdır. Bu səbəblə görüşdə iqtisadi-ticari əməkdaşlıq problemləri də masaya yatırılacaq."
Mozloyev iqtisadi və ticari sahələrindəki məhdudlaşdırmaların ləğvinin əlaqələrin inkişafı baxımından da əhəmiyyətli olduğunu vurğulayaraq bildirib: "Rusiyanın Türkiyə iş adamlarına yönəlik sanksiyaları aradan qaldırması atılması lazım olan ilk addımlardan biridir".
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, Şərq tarixi kafedrasının müdiri professor Dmitriy Vasilyev də Soçidəki görüşün hər iki tərəfin istəyiylə reallaşdığına inanır:
“Bu da tərəflərin bəzi planları və gözləntiləri olduğu mənasına gəlir. Böyük təcrübəyə sahib iki lider görüntü xətirinə bir araya gəlməz. Görüşdə bəzi mövzular xüsusilə müzakirə gələcək. Bunlar Suriya və iqtisadi əlaqələr olacaq".
Türkiyə-Rusiya tarixinə baxıldığında iki ölkə əməkdaşlığın o dövrdəki rəhbərliyinin şəxsi əlaqələrinə bağlı olduğunu deyən Vasilyev Putin və Ərdoğanın daha əvvəl ən çətin mövzularda razılığa gəldiklərini, bu dəfə də orta yol tapacaqlarına ümid etdiyini bildirib.
İqtisadiyyat və Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi, elmlər namizədi Vladimir Yevseyev isə daha çox iki lider arasında fikir ayrılığından danışıb. Onun fikrincə, əsas fikir ayrılığı PYD-PKK-ya fərqli yanaşmada, İdlibdəki vəziyyət və Astana prosesi ilə bağlı ola bilər.
Ovqat.com
Paylaş: