Xəbər lenti

 

Azərbaycan Prezidenti İlham Əliyev Valday klubunun sessiyası kimi mötəbər tədbirdə Nikol Paşinyana möhtəşəm cavab verdi. Bizim cavab zərbələrimiz davamlı olmalıdır ki, ermənilər bir daha təxribata risk etməsinlər.

Ovqat.com bildirir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Flora Qasımova deyib.

Onun sözlərinə görə, məcburi köçkün və qaçqınlar hər əziyyətə dözür ki, təki müharibə olmasın: “Paşinyanın sərsəm bəyanatları insanlarda qıcıq doğurur. Artıq sərhəddi aşıblar, onun səsləndirdiyi fikirlər bir dövlət rəhbərinin deyə biləcəyi ifadələr deyil. Bundan sonra onlarla hansı danışıqlara gedə bilərik?! İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri belə gərək ona kifayət eləsin. Yeri gələndə hərbi zərbə də vurmalıyıq ki, bir daha səslərini çıxarmasınlar. Cənab prezidenti hansı tədbirdə və görüşdə iştirak edirsə, hər dəfə Qarabağla bağlı onların cavablarını verir, bəyan edir ki, Azərbaycanda ikinci erməni dövləti yaradılmayacaq. Sadəcə bizim sülhpərvərliyimizdən istifadə edərək artıq Dağlıq Qarabağı dövlət kimi tanıtmağa cəhd edirlər. Amma bu cəhdlər boşunadır. Bizim də səbrimizin bir həddi var”.

Millət vəkili Lüksemburqda “Qarabağ” futbol komandasının dünən “Düdelanj”la qarşılaşmasında dron vasitəsilə stadionun üzərində qondarma Dağlıq Qarabağ Respublikasının bayrağının qaldırılması məsələsinə də toxunub: “Mütəşəkkil surətdə hər yerdə qondarma bayraqlarını qaldırmağa cəhdlər göstərirlər. Ermənilər gözlənilmədən işlər görürlər, arxayın şəkildə öz işlərindədirlər, özləri də deyir ki, Qarabağı “tanıtmaq” qalıb. Biz hər şeyə hazır olmalıyıq”.

Flora Qasımova hesab edir ki, diaspor təşkilatlarımız, xaricdə yaşayan tələbələrlə əlaqələr möhkəmləndirilməlidir: “Bir mərkəz olmalıdır ki, harada, nə vaxt, nə iş görülsün. Biz də fəal olmalıyıq, bir millət olaraq ermənilər ayaq üstədirlər, hara baxsan hər yerdədirlər, bu millət həyasızdır, nə deyəsən.. “Qarabağ”ın futbolçularına təşəkkür edirəm, layiqli oyun nümayiş etdirdilər və təxribatçıların cavabını verdilər. Nəticədə Lüksemburqun idman nazir üzr istəməli oldu”.




Ana səhifəyə qayıt        Baxış: 267          Tarix: 4-10-2019, 21:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma