Xəbər lenti

 

"Böhran müddətində bizə qapılarını açıq tutan və kömək edən hər ölkəyə minnətdar olacağıq. Onlardan əsla üz döndərməyəcəyik".

Ovqat.com xəbər verir ki, bunu Qatar xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl Sani CNN İnternational-a verdiyi müsahibədə deyib.

O, açıqlamasında Səudiyyə Ərəbistanı ilə münasibətlərin getdikcə yaxşılaşdığını bildirsə də, danışıqlar üçün rəsmi Riyadın irəli sürdüyü bəzi ön şərtləri qəbul etməyəcəklərini deyib.

13 maddədən ibarət olan bu ön şərtlər arasında Əlcəzirə televiziyasının bağlanması, İranla münasibətlərə son qoyulması, Türkiyənin hərbi qüvvələrinin Qətərdən çıxarılması da var.

Məhəmməd bin Saninin sözlərindən belə çıxır ki, Qətərin əsas qırmızı cizgiləri xarici dövlətlərlə əlaqələri kəsməkdir. Bu məntiqlə, Qətər Əlcəzirə televiziyasının bağlanmasına razılıq verib.

Qeyd edək ki, 2017-ci ilin iyununda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir, radikal islamçıları və Müsəlman Qardaşları dəstəkləməsi, İranla yaxınlaşması səbəbiylə Qətərlə diplomatik əlaqələrini dayandırmışdılar. Qətər isə radikal islamçı qrupları dəstəkləməsi barədə iddiaları rədd edirdi.  Körfəz “cırtdanını” ərəb təzyiqindən salamat çıxmasında Türk ordusunun bu ölkəyə göndərdiyi hərbi birləşmələr xilas etdi. Sani də məhz buna görə, xüsusilə Türkiyə ilə əlaqələri kəsmək tələbini yaxına buraxmaq istəməyib.




Ana səhifəyə qayıt        Baxış: 543          Tarix: 16-12-2019, 22:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma