Xəbər lenti


 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) gənc kadrları vaxtaşırı müxtəlif ölkələrin media orqanlarında Azərbaycanı təbliğ edən məqalələrlə çıxış edirlər. Ölkəmizin tanıdılması istiqamətində atılan bu addımlar düşmənlərimizin illər uzunu əleyhimizə formalaşdırmağa çalışdığı mənfi obrazı aradan qaldırmağa   xidmət göstərir.
 
BMTM-in aparıcı məsləhətçisi Orxan Bağırovun “COVİD-19 ilə əlaqədar iqtisadi problemlərə Azərbaycanın cavabı” başlıqlı yazısı da bu qəbildən olan məqalələrdəndir.


 
Ovqat.com-un məlumatına görə, Avropanın “Modern Diplomacy” nəşri tərəfindən yayımlanan məqalədə koronavirusun Azərbaycan iqtisadiyyatına zərərlərinin qarşısını almaq niyyətilə həyata keçirilən tədbirlərdən bəhs edilir. 
 
Oxuculara Azərbaycanın sahibkarlığın dəstəklənməsi, məşğulluq problemlərinin aradan qaldırılması, əhaliyə sosial yardımların verilməsi ilə bağlı proqramları barədə məlumat verən müəllif görülən işlərin səmərələliyini yüksək qiymətləndirib. O, həmçinin vurğulayıb ki, Azərbaycan post-sovet dövlətləri arasında pandemiya ilə əlaqədar iqtisadi problemlərin aradan qaldırılması üçün ÜDM faizi nisbətində ən çox vəsait ayıran ölkədir.
 


Ana səhifəyə qayıt        Baxış: 2 652          Tarix: 29-04-2020, 00:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma