Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Dağıstanda, Rusiya-Azərbaycan sərhəddində soydaşlarımızla bağlı dözülməz şərait yaranıb. Sərhəddin bir neçə yüz metrliyində gözləyən Azərbaycan vətədaşlarının ölkəmizə buraxılmaması müəyyən narahatlıqlara səbəb olub.
Modern.az məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, qrafikə uyğun olaraq vətəndaçlarımız həm hava, həm də quru yolla ölkəmizə buraxılır.
“Həmçinin bu gün də Dağıstandan ölkəmizə vətəndaşlarımız təxliyyə olunacaq”.
XİN rəsmisi əlavə olaraq onu da qeyd edib ki, bəzən vətəndaşlarımız heç bir qeydiyyatdan keçmədən sərhəddin yaxınlığına toplaşırlar:
“Bununla bağlı dəfələrlə rəsmi şəxslər, eləcə də Rusiyadakı səfirimiz vətəndaşlara çağırış edərək “zəhmət olmasa, qeydiyyatdan keçin və portal vasitəsilə sizə gələcək məlumatı gözləyin ki, ölkəmizə qayıda biləsiniz” deyib. Bəzi vətəndaşlarımız isə qeydiyyatdan keçmədən Dağıstanla sərhəddə yığışırlar və elə zənn edirlər ki, bu yolla daha tez qayıdacaqlar. Ancaq portaldan qeydiyyatdan keçmiş və sıra nömrəsinə uyğun olan vətəndaşlarımız var. Bu baxımdan vətəndaşlarımızdan bir daha xahiş edirik ki, səfirliyin qeydiyyatından keçsinlər və onlara gələcək məlumatı gözləsinlər.
Qeydiyyatdan keçməyən insanlar özü haqqında məlumatları Azərbaycanın Rusiyadakı diplomatik nümayəndəliyinə, yəni səfirliyə bildirməli, qeydiyyatdan keçməlidirlər”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar