Xəbər lenti
Bu gün, 19:25


Bəlli qalmaqaldan sonra, Osmanqızı TV sahibi, Sevinc Osmanqızı müdafiə videosu yayıb. Gün ərzində bir neçə dəfə dinlədim. Suallarımı və etməməli olduqlarını, eyni zamanda dolayısıyla dediklərini diqqətinizə təqdim etməyi lazım bildim.
ABŞ-da, Kaliforniyada beş min erməniyə qarşı konsul əlli azərbaycanlı çıxardıb. Saydakı bu dəqiqliklə israrın səbəbi nədir? Kaliforniyada erməni çoxdur, bu sirr deyil. “Beş min gələcək” məlumatını, dəqiqliklə haradan bildiniz?..
Azərbaycan rəsmilərinə, ABŞ-dakı azərbaycanlı səfirlə, Kaliforniyadakı konsulun konflikti var. Təxminən işarə edir ki, iki diplomat arasındakı konfliktin nəticəsidir Kaliforniyadakı erməni-azərbaycanlı toqquşması. Ölkənin diplomatik korpusunu onsuz da şimal qonşularımız “silkələyir”, eyni prosesə qərbdəmi qoşulub?
Səfirin keçmiş MTN əməkdaşı olmasını məhz indi xatırlatmaqla məsuliyyəti daha üstdə kimə, hara yönəldirsiniz? Ölkə üçün islahat işinin başında duran iki qurumdan birinin indikimi, keçmişmi rəhbərinini bəyənmir olduğunuz ölkə? Bir qədər də dəqiq ifadə edim. Ya da ədalət üçün belə soruşum, bu formatda cümlənizin nə ifadə etdiyinin fərqindəsinizmi?
Bu məqama çox diqqət et əziz oxucu, qəfildən Sumqayıt hadisələrinə keçid…Düşünən olar ki, rus demiş “priçyom Sumqait?”. Səbirli olun, izahı var. “Exo Sumqaita” filmi yada salınır və deyilir:
– Azərbaycanlılar bilmirdilər ki, etdikləri spantan addımlar deyil. Bütün bunlar haradasa düşünülüb.
– O adamlar, eyforiya şəraətində idilər, ola bilsin elə bilirdilər hansısa qəhrəmanlıq edirlər. Vətən üçün nəsə edirlər, vətənpərvərllik aktları törədirdilər, bilmirdilər ki, onlar bu təxribatın, bu diversiyanın piyadalarıdır.
Adıçəkilən filmin müəllifinin fikrindən sitat gətirilir:
-Davud Imanovun filmdə deyildiyi kimi, biz hələ bu ləkəni, Sumqayıtın üstündən götürə bilmirik. Bu hadisələrdə adamları xəbərdar edən olmadı.
Hansı adamları, azərbaycanlılarımı? Bəyəm orada azərbaycanlılar ermənimi öldürüb?
***
Biri bu qadına başa salsın ki, Sumqayıt cinayətini, ermənilərin əliylə Rusiya törətdi, Azərbaycanı ləkələmək üçün. Hələ də ciddi araşdırılması mümükün olmayan məqamları var. Hamının yaxşı xatırladığı hakim Mansur Ibayev, bütün təhlükələri gözə alıb, bu işi təkrar istintaqa qaytaran hakim kimi tarixə düşüb. Adamı hətta təhdid də ediblər ki, bu qərarı verməsin. Amma bu, dövlətçilik marağından, təhlükəli olduğu qədər də vacib, cəsarətli addım idi. M.İbayev məhz o addımı atıb. Mümkünsə “Qriqoryanın işi” ilə tanış olun, çox ayıbdı, lap çox. Adamların başını sığallaya-sığallaya boynuna dövləti cinayət qoymaq olmaz!
***
Daha bir məqam. Oradan keçid alınır iyirmi yanvar hadisələrinə. “Biz ancaq 20 yanvarı xatırlayırıq, amma ona qədər hadisələr vardı. Ola bilsin adamlar bir-iki erməni evinə getməklə, elə bilirdi vətənpərvərlik edir”…. STOP!
Bu nə millət, dövlət, xalq sevgisi?! Bu nə danışıq?! Bu nə biabırçılıq?! Kimi inandırmaq istəyirsən ədalətinə?!
Bir sözlə, çox uğursuz “müdafiə” idi. Susmaq haqqı v ar adamın, icazə versəydilər, əminəm bu haqqı istifadə edərdiniz.
***
…Sevinc Osmanqızının heç bir fikrini konteksdən çıxarmadım. Efir həyəcanı, zorla gülümsəmə, yastıca danışma, nazla davranma.
Elə danışma ki, “obıvatel”, yəni səni sadəcə çox sevən adam, analiz edə bilməsin. Bir də efirdən istifadə etdiyin ətirin iyi gəlsəydi məsələ tamam olacaqdı. Yəni sevənlərin qarşısında naz, öz işini sən deyən effəktlə tamamlayacaqdı. Burası tutmadı deyək. Amma yaxşıca söz oynadıldı. Adamlar elə bildi onlara sığal çəkirsən. Xalqını bu dəfə qışqırıb, “əsəbiləşməklə” deyil, “sığallaya-sığallaya” rüsvay elədin.
Hamısını sona qədər izlədim gün ərzində. Yuxarıda suallarımı da təqdim etdim. Indi də gəldiyim qənaəti hər kəslə bölüşürəm. Mənə görə peşəkarca istiqamətlər bəlirlənib, ardıcıllıq sistemləşdirilir.
Sevinc Osmanqızı,
-Sumqayıt olaylarında, azərbaycanlıları günahkar çıxarmaq olmazdı!
-Kaliforniyadakı olayı, Sumqayıt və ya iyirmi yanvar hadisəsi ilə eyniləşdirmək olmazdı!
-Iyirmi yanvar olayının bünövrəsi, on üç yanvarda qoyulmuşdu demək, olmazdı. Hələ “erməni evlərinə girilməsəydi” replikası, heç yerində deyildi!
– Sumqayıt hadisələri + iyirmi yanvar = Kaliforniyadakı aksiya formatını adamlara sırımaq olmaz! Yaxından-uzaqdan əlaqəsi olmayan şeylərdir, eyniləşdirmək millətə, Azərbaycan qarşı cinayətdir!
-Xaricdə olanlara görə Azərbaycan xüsusi xidmət orqanlarını günahlandırmaq, birmənalı olmazdı!
***
Gələk hər kəsin istinad elədiyi, mənim etmədiyim keçən dəfəki çıxışdan hazırlanan məlum videoçarxa…
O video material, qəzet yazısı formatının videoy köşürülməsi idi.
Necə?
Bir səhifəlik yazı təsəvvür edin, televiziya dili ilə desək, montajlamaq, yəni yazının mahiyyətini izah edən çıxarışını hazırlanmaq üçün beş-üç vacib cümlə görütmək gərəkir içindən. Sənin məlum çıxışının mahiyyəti var idi o videoda. Sənin mövqeyini “çılpaqlığı” ilə təqdim etdilər ictimai rəyə. Qərb maraqlarına işləyən biznes planını başqa cür izah eləmək olmazdı sıravi adamlara?!.
İndən belə, ən gözəl variant bu mövzularda susmaqdır.
Bu arada diqqət edin, iki gündür yolunda ağladıqlarınız, sizə hay vermədi. Sadəcə Gültəkin Hacıbəyli ilə dəstəkləndiniz. Yolunda fədakarlıq etdiyiniz onlarca adam və Milli Şuranızdan səs-səmir çıxmadı. Niyə? Məncə görünən dağ bələdçi istəməz…
Jalə Mütəllimova



Ana səhifəyə qayıt        Baxış: 2 812          Tarix: 28-07-2020, 20:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma