Xəbər lenti
Bu gün, 22:50
Bu gün, 21:23
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İŞİD terror təşkilatının altı il əvvəl Mosulun Sincar rayonuna hücumları nəticəsində öldürülən yezidilərin ağrılarının unudulmadığını dilə gətirərək onların bu gün də YPG/PKK terror təşkilatının zülmü altında olduğunu vurğulayıb.
Hurriyyet.org-un məlumatına görə, Mövlud Çavuşoğlu “Twitter” hesabındakı paylaşımında “Bundan altı il əvvəl DEAŞ-ın yezidilərə qarşı törətdiyi qırğınların ağrıları hələ də yaddaşlarımızdadır. Təəssüf ki, DEAŞ-ın zülmündən xilas olan yezidilər bu gün də PKK terrorunun pəncəsində və zülmü altındadır”, – deyə bildirib.
Qeyd edək ki, İŞİD terror təşkilatı 2014-cü ilin avqust ayında Sincara hücum edərək minlərlə yezidi qadın və uşağı qaçırmış, kişiləri öldürmüşdü.
İŞİD-in 2014-cü ilin iyun ayında İraqın üçdə bir hissəsini işğal etməsi və ardından baş verən qarşıdurmalar nəticəsində 5 milyondan çox iraqlı evlərini tərk edərək daha təlükəsiz hesab etdikləri şimal və cənub şəhərlərinə sığınmaq məcburiyyətində qalıb.
2017-ci ilin dekabr ayında İraqın İŞİD-dən təmizləndiyinin və bütün şəhərlərin terror təşkilatından geri alındığının elan olunmasına baxmayaraq, daxili qaçqın vəziyyətinə düşən yüz minlərlə iraqlı qarşıdurmalar nəticəsində dağıdılmış ərazilərin yenidən bərpa edilməməsi səbəbilə hələ də evlərinə qayıda bilmir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar