Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
Bakı. Trend:
Bu yaxınlarda Aleks Qalitskinin bir məqaləsini oxudum. Həmin materialda İsrail-Azərbaycan əlaqələri və Azərbaycanda dözümlülük amili barədə yalan uydurmalar təqdim edilib. Bu məqalə İsrail ilə Azərbaycan arasında strateji münasibətlərlə əlaqədar zəiflik, panika və böyük həsəd təzahürüdür.
Trend-in məlumatına görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş “Azərbaycan dünyada İsrailin həqiqi və etibarlı strateji tərəfdaşıdır” sərlövhəli məqaləsində bu barədə yazıb.
Arye Qut vurğulayır: “İsrail-Azərbaycan tərəfdaşlığı iki ölkənin müxtəlif sahələrdə sıx əməkdaşlığı və tərəfdaşlığı sayəsində inkişaf edib. İsrail Azərbaycanın müstəqilliyini tanımış ilk ölkələrdən biri olub. Danılmaz faktdır ki, Avrasiyada heç bir başqa ölkə İsrail ilə Azərbaycandan daha sıx dostluq əlaqələrinə malik deyil.
Əvvələn, İsrail-Azərbaycan münasibətləri strateji və hərbi-texniki xarakter daşıyır, ən yüksək hökumətlərarası və dövlətlərarası səviyyədə etimada və qarşılıqlı daimi dialoqa əsaslanır.
Bu strateji tərəfdaşlıq iqtisadiyyatın müxtəlif sektorlarında, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə və hərbi-texniki sahələrdə həyata keçirilir. Vurğulamaq lazımdır ki, dünya bazarında İsrail dövləti Azərbaycan neftinin əsas strateji alıcılarından biridir”.
Məqalə müəllifi qeyd edir ki, əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan başqa etnik və dini qrupların, o cümlədən qədim zərdüştilər, xristian və yəhudi icmasının nümayəndələri üçün də doğma ev kimidir. İsrailli ekspert vurğulayır: “Milli azlıqlara hörmət və onlara münasibətdə dözümlülük Böyük İpək Yolu dövründən zəmanəmizə qədər bu ölkənin inkişafında həyati əhəmiyyətli rol oynayıb. SSRİ dağılandan sonra Azərbaycan çox böyük sınaqlara məruz qalıb, məhz həmin dövrdə Azərbaycan xalqının tolerantlığı sınaqdan uğurla çıxıb.
Azərbaycanın öz ərazisində milli azlıqlara münasibətdə çoxəsrlik dözümlülük təcrübəsi barədə yaxşı məlumatı olan Ermənistan SSRİ mərkəzi hökumətinin zəifləməsindən və Azərbaycanda siyasi qeyri-sabitlik yaranmasından istifadə edərək sülhsevər və tolerant Azərbaycana qarşı müharibəyə başlayıb. Azərbaycanın zorla cəlb edildiyi müharibə nəticəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonunu işğal edib. Bu müharibə nəticəsində 1 milyondan çox azərbaycanlı öz ölkəsində məcburi köçkün və qaçqın vəziyyətinə düşüb. İşğal edilmiş torpaqların ümumi sahəsi Los-Ancelesin sahəsindən demək olar ki, 13 dəfə çox, ABŞ-ın Konnektikut ştatından böyükdür”.
Məqalə müəllifi qeyd edir ki, ermənilərin vəhşicəsinə müdaxiləsi nəticəsində dinc Azərbaycan əhalisinə qanlı divan tutulub, etnik təmizləmələr aparılıb. Arye Qut yazır: “Azərbaycanlılara münasibətdə zorakılıq faktları barədə informasiya həm Azərbaycan tərəfin, həm də müxtəlif beynəlxalq təşkilatların, o cümlədən qərbin nüfuzlu nəşrlərinin əcnəbi jurnalistlərinin məlumatlarında öz əksini tapıb. ATƏT-in faktaraşdırıcı missiyası mütəmadi olaraq Azərbaycanın işğal edilmiş ərazilərində mədəni irsin məhv edilməsi barədə məlumatları yayır. Bu gün də davam etdirilən həmin siyasətin yeganə məqsədi işğal olunmuş bölgələrin tarixini saxtalaşdırılmış mənbələr əsasında yenidən yazmaqdır”.
Məqalə müəllifinin fikrincə, bu dəhşətli qanlı münaqişəyə baxmayaraq Azərbaycan cəmiyyəti dözümlülük və multikulturalizm dəyərlərini nəinki qoruyub saxlayıb, hətta həmin dəyərləri möhkəmləndirib. Məqalə müəllifi ritorik sual verir: “Qarabağ məsələsinə dair danışıqlar prosesində Azərbaycanın səbirlə iştirak etməsi dözümlülük təzahürüdür. Öz ərazisinin 20 faizini itirmiş bu ölkə 25 ildən artıq müddətdə işğalçı ölkə ilə danışıqlar masası arxasında əyləşir. Məgər bu, dözümlülük əlaməti deyilmi? Məgər bu ölkənin öz ərazilərini azad etməyə haqqı yoxdurmu?”.
Arye Qutun fikrincə, Azərbaycana xas olan multikulturalizm və tolerantlıq sistemi möhkəmlik sınağından uğurla çıxıb, Azərbaycandakı dinlər və etnik qruplar arasında həqiqi harmoniya və dialoqu qoruyub saxlaya bilib.
Məqalə müəllifi yazır: “Yəhudilərin nümunəsində demək istəyirəm ki, azərbaycanlılar yəhudilərə heç vaxt yadellilər kimi baxmayıblar. Müasir Azərbaycan ərazisində yəhudi xalqı əsrlər boyu heç vaxt təqiblər, təhqirlər, talanlar və antisemit hərəkətlərlə üzləşməyib. Azərbaycanda haçansa olmuş hər bir yəhudi təsdiq edə bilər ki, orada yaşayan yəhudilər mühafizə kordonundan keçmədən təhlükəsiz şəraitdə Sınaqoqa gedə bilərlər. Halbuki, qərbin inkişaf etmiş bəzi ölkələrində bunu etmək praktiki baxımdan mümkün deyil və çox təhlükəlidir”.
Arye Qut vurğulayır: “Biz xalqların öz tarixini, tarixi keçmişini şərh etmək və milli qəhrəmanların xatirəsini əbədiləşdirmək kimi suveren hüquqlarına müdaxilə etmirik. Lakin Holokost kimi dəhşətli cinayətlərdə əli olmuş insanlar milli qəhrəmanlar kimi təqdim ediləndə biz susmamalıyıq. Mənim fikrimcə, Ermənistanın paytaxtı Yerevanda faşist və antisemit Qaregin Njdeyə heykəl qoyulması bir daha təsdiq edir ki, müasir Ermənistanda həm mənim xalqımın nümayəndələrini, həm də sovet əsgərlərini məhv etmiş bu faşistlərə sitayiş edilir”.
Arye Qut İsrail vətəndaşı kimi qürurla qeyd edir ki, Azərbaycan rəhbərliyi və şəxsən Prezident İlham Əliyev yəhudi icmasına böyük hörmət və ehtiram nümayiş etdirir. Qut yazır: “Prezident İlham Əliyevin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edilib. Ölkədə birinci Dağ Yəhudiləri Muzeyinin yaradılması planlaşdırılır. Bu, Cənubi Qafqazda və bütün dünyada ilk Dağ Yəhudiləri Muzeyi olacaq”.
Arye Qut yazır: “Quba rayonundakı qədim, dünya şöhrətli Qırmızı Qəsəbə - Azərbaycanın şimalında yerləşən “Qafqaz Yerusəlimi” İsraildən kənarda dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə məskən, Azərbaycanın fəxridir. Yəhudilər və azərbaycanlılar bu regionda həmişə qardaş kimi dinc, harmonik şəkildə yaşayıblar.
Azərbaycan rəhbərliyinin yəhudi icmasına münasibəti İsrail dövləti tərəfindən də yüksək qiymətləndirilir. Bu hörmət və tərəfdaşlıq ənənələri olmasaydı, Azərbaycan ilə İsrail arasında sıx münasibətlər mövcud olmazdı”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsinin sonunda yazır: “İsrail ilə Azərbaycan arasında, azərbaycanlılarla yəhudilər arasında münasibətlər sadəcə qarşılıqlı maraqla izah edilə bilməz. Ümumi dəyərlər və ortaq tarix müasir dövlətlərarası münasibətlərə nüfuz edir. İnsani əlaqələr, dini baxımdan tolerant olan müxtəlif cəmiyyətlərdə yaşamaq qətiyyəti hər iki ölkəni zənginləşdirir. Azərbaycanlılar bir daha nümayiş etdirirlər ki, harmoniya və qarşılıqlı hörmət mümkündür, yaranan hər hansı məsələni zorakılığa və ya nifaqa əl atmadan həll etmək olar”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar