Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
"Belarus müxalifətinin bu ilin avqust ayının prezident seçkilərində əsas namizədi Svetlana Tixanovskayanın ölkəni tərk etmək fikri olmayıb".
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikir müxalifətin birləşmiş seçki qərargahının nümayəndəsi Mariya Kolesnikova tərəfindən səsləndirilib.
Onun sözlərinə görə S.Tixanovskaya bu qərara şikayət vermək üçün getdiyi Mərkəzi Seçki Komissiyasının binasında güc strukturlarının yüksək rütbəli əməkdaşları ilə baş-başa qaldıqdan sonra gəlib.
“Həmin vaxt mən həmkarlarımla birlikdə dəhlizdə dayanmışdım. Biz MSK-ya daxil olduqdan 1-2 saat sonra əlində videoavadanlıq üçün nəzərdə tutulan iri çantalarla gələn bir neçə adamın içəri keçdiyini gördük. Nəticəni özünüz bilirsiz. Bundan sonra məlum müraciət ortaya çıxdı”, - deyə o söyləyib.
“Svetlananın ölkədən çıxmağa heç bir niyyəti olmayıb. Ona görə də mənim fikrimcə, bu qərar ani olaraq və təzyiq altında verilib”,-deyə Tixanovskayanın etibarlı nümayəndəsi Olqa Kovalkova danışıb.
Onun bildirdiyinə görə, həmin qərar qərargah üçün tam gözlənilməz olub və bu vaxta qədər onlar namizədlə heç bir əlaqə qura bilməyiblər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar