
Xəbər lenti
Bu gün, 18:08
Bu gün, 15:30
Bu gün, 14:37
Bu gün, 13:07
Bu gün, 12:11
Bu gün, 11:07
Bu gün, 09:03
Dünən, 23:20
Dünən, 20:57
Dünən, 19:15
Dünən, 18:05
Dünən, 15:24
Dünən, 15:00
Dünən, 11:16

Dünən Belarus Belarus paytaxtı Minsk tarixində görünməmiş aktivliklə çalxalandı. Şəhərin Qələbə və Marşov prospektlərinin kəsişməsində “Minsk - Qəhrəman Şəhər" abidəsinin önündə yüzminlərlə insan Lukaşenkoya “Get!” deyir, Belarus prezidenti isə Hökumət evinin qarşısında zorla meydana gətirilmiş “zəhmətkeş”lərə öz keçmişi barədə nağıllar danışırdı. “Batka” 30 dəqiqə çəkən çıxışında özünü Brest qalasına bənzədir və ölsə də hakimiyyətdən getməyəcəyini bildirirdi.
Bəs əsib-coşmasına rəğmən, onun hal və hərəkətləri hansı psixoloji durumda olduğundan xəbər verirdi?
Ovqat.com-un məlumatına görə, yalan üzrə ekspert, profiler İlya Anişenko “Batka”nın çıxışını “Moskovskiy komsomoleç” nəşrinə şərh edib.
“Çıxışı zamanı Lukaşenkonun sifət cizgilərinə əsaslanıb nə düşündüyünü demək çətindir, onun əhvalını "oxumaq" mümkün deyil. Bununla belə, Lukaşenkonun psixoloji durumunu bəzi jestləri və səs tonu ələ verirdi”, - profiler nəşrə verdiyi qısa müsahibəsində belə deyib.
- Mənə elə gəldi ki, onun sifəti gərgin görünürdü.
- O, günəşdə gözlərini qıyırdı, qaşlarını tez-tez çatırdı, bu isə heç kimə etibar etmədiyindən xəbər verir.
-Hansı məqamda yalan danışırdı?
– Ölkədə oliqarxların və korrupsiyanın olmamasından danışanda. Bax, bu məqamda Lukaşenkonun sifətində müəyyən hiylə jestləri özünü büruzə verirdi. Ümumiyyətlə, onun bütün müraciəti jestlər üzərində qurulmuşdu.
Çıxışının lap əvvəlində o, özünə bir az daha inamlı görünürdü, sözün düzünü dediyinə şübhə etmirdi. Keçmişdən danışanda bu, xüsusilə nəzərə çarpırdı. Onun fikrincə, ölkəni inkişaf etdirmişdi – bu məqamda o, şəhadət barmağını qaldırdı, öz sözlərini inamlı jestlərlə möhkəmləndirirdi. Həmin sözləri deyərkən, onun səsi də titrəmirdi, özünə hakim idi, çıxışında həyəcan hiss olunmurdu.
Ancaq özünəəminlik halı uzun çəkmədi. Monoloqun sonuna yaxın o, əməlli-başlı təşvişə düşdü. Əgər əvvəlcə jestləri hamar idisə, sonda barmaqlarının ucuna qədər gərilmə müşahidə olundu - əlini qaldırdı və kəskin şəkildə aşağı saldı. Bu onu göstərir ki, insan emosional vəziyyətdə və vahimə içindədir. Artıq nə deyəcəyini bilmir. O, tribunanı tərk edəndə tamamilə həyəcana qərq olmuşdu – alnı tərləmiş, ayaqları büdrəyirdi.
-Bəlkə diz çökmək istəyirdi? Axı özü dedi ki, "sizin qarşınızda diz çökürəm", amma nədənsə, sadəcə, baş əyməklə kifayətləndi.
-Çıxışı məndə heç də belə təsəvvür yaratmadı. Deyəsən, o, çıxışa heç hazırlaşmamışdı da. Ümumiyyətlə, cəfəngiyyat danışırdı və elə bil tribunaya sadəcə, qışqırmağa çıxmışdı. Onun bütün hərəkətləri düşünmədən danışdığını göstərirdi-bu, panikanın təzahürüdür. Son vaxtlar mən tez-tez radioda ona qulaq asıram, o, uzun müddətdir ki, rabitəsiz cümlələlərlə cəfəng fikirlər səsləndirir, emosional çıxışlarıyla yadda qalır, tez-tez özü-özünü təkzib edirdi.
- Onun "hətta ölsəm belə, Belarusu verməyəcəyəm" sözləri necə qiymətləndirilə bilər?
- O, bunu inamla bəyan etdi, həqiqətən də təslim olmaq niyyətində deyil. Amma respublikanın başçısı kürsüsündə necə qalacağını da bilmir. Məsələ ondadır ki, insan gələcək haqqında danışanda heç vaxt öz sözlərinə əmin ola bilməz. Buna görə də ekspertlər natiqin yalnız keçmiş və ya indiki zaman barədə dediklərinə qiymət verirlər.
- O, dünənki çıxışıyla nə əldə etmək istəyirdi?

- Deyəsən, bunu özü də bilmirdi. Çıxışında gələcək planı barədə heç nə demədi.
- Yaranmış mövcud vəziyyət Lukaşenkonu çoxmu qəzəbləndirib?
- Əlbəttə. Onun bir çox hərəkətləri əsəb və qəzəbin təzahürlərindən xəbər verirdi. Amma bu, özünəəmin bir qəzəb yox, təlaş, qorxu və aqresiyanın qarışığından doğan histeriyadır, çünki artıq küncə sıxışdırılıb. O, hətta demək olar ki, bütün çıxışı boyu konkret bir şey demədi, rasional bəyanatlar səsləndirmədi, yalnız qışqırdı.
Tərcümə etdi: Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar