Xəbər lenti


Livan parlamentində deputatların əksəriyyətinin dəstəklədiyi Mustafa Ədib Livanın yeni Baş Naziri təyin edilib.

AZƏRTAC xəbər verir ki, Livan Prezidenti Mişel Aun koalisiya hökumətini qurmağı ona həvalə edib.

Yeni Baş Nazir Livanın Almaniyada səfiri, hökumətin sabiq başçısı Nəcib Mikatinin müşaviri vəzifələrində çalışıb.

Onun namizədliyini Xristian Azad Vətənpərvərlər Hərəkatının parlamentdəki fraksiyası irəli sürüb.

Beləliklə, avqustun 4-də Beyrutda baş vermiş dəhşətli partlayışdan sonra Livanda yaranmış hökumət böhranına son qoyulub.



Ana səhifəyə qayıt        Baxış: 2 209          Tarix: 31-08-2020, 18:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma