Xəbər lenti

 
ABŞ-ın iki strateji bombardmanı sentyabrın 23-də Rusiyanın “Qafqaz-2020" hərbi-strateji təlimlərini keçirdiyi Krım sərhədlərinə yaxınlaşıb.
 
Ovqat.com Rusiyanın "İzvestiya" qəzetinə istinadən xəbər verir ki, ABŞ-ın B-52 təyyarələrinin həmin vaxt Rusiya ərazisinə qanadlı raketlərə zərbələr endirilməsini təqlid etdikləri güman olunur.
 
Məlumata görə, Amerika təyyarələrini Qara dəniz üzərində NATO ölkələrinin bir neçə kəşfiyyat təyyarəsi də müşayiət edib.  Rusiya hərbi dairələri B-52 təyarələrinin meydana çıxmasının onlar üçün gözlənilməz olmadığını vurğulayıblar: “Kəşfiyyat qüvvələri məlum təyyarələri Qara dəniz akvatoriyası üzərində peyda olmamışdan xeyli əvvəl görüb və müşahidə altında tutub”,-məlumatda belə deyilir.
 
PlaneRadar monitorinq resursundan verilən məlumata görə, həmin gün Krımın sahilindən 100-200 km məsafədə ABŞ Hava Qüvvələrinin Boeing Rc-135-ci Rivet Joint və analoji Britaniya təyyarəsi, Amerika kəşfiyyat Boeing RC-135U Combat Sent, ABŞ Hərbi Dəniz Qüvvələrinin Boeing P-8A Poseidon təyyarəsi, Britaniya kəşfiyyatçısı Bombardier Global Express Sentinel R. 1 uçurmuş. "İzvestiya"-nın mənbələrinin iddiasına görə, kəşfiyyat təyyarələri öz hərəkətlərini B-52 cütlüyü ilə əlaqələndiriblər.
 
NATO-nun hərbi təyyarələrinin Qara dəniz üzərində uçuşu Rusiya Silahlı Qüvvələrinin son illərdə ən irimiqyaslı strateji təlimlərdən biri olan "Qafqaz-2020" - nin keçirdiyi günlərdə baş tutub. Manevrlərin sentyabrın 21-dən 26-dək Kapustin Yar və Aşuluk poliqonlarında, həmçinin Qara və Xəzər dənizləri akvatoriyalarında keçirilməsi nəzərdə tutulur. 


Ana səhifəyə qayıt        Baxış: 2 696          Tarix: 24-09-2020, 20:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma