Xəbər lenti
Bu axşam Ermənistanın baş naziri Nikol Paşinyanın öz xalqına müraciət edəcəyi barədə xəbəri oxuyanda, açığı, çox narahat olduq. Bir çox platformalarda ünsiyyət qurduğumuz dostlar da narahat idilər ki, birdən Paşinyan xarici və daxili təzyiqlərə dözməz və istefa verər...

Bu dönəmdə onun istefası biz heç sərf eləmir və bunun uzun, eləcə də açılıb-bükülməsi lazım olmayan səbəbləri var.

Düzdür, belə situasiyalarda uduzmaqda olan tərəfdə bir də dövlət başçısının istefası siyasi xaosa səbəb ola bilər, amma ermənilərin durumu çox fəna olduğundan uzun-uzadı mübahisə etməyə, yeni bir persona taparaq, ətrafında sıx birləşə, döyüşkən və barışmaz ovqata köklənə bilərlər.
Hətta ən qorxulusu o olardı ki, hakimiyyət başına Rusiyada hərbi təhsil almış biri gələydi.
Yeni dövlət başçısı dərhal yeni, çox güman ki, sülhpərvər bəyanatları ilə supergüclərin diqqət mərkəzinə düşərdi və onlar Azərbaycan tərəfindən problemin qaşılıqlı güzəştlər əsasında həll olunması üçün möhlət, dədəboyu istəyə, hətta tələb edə bilərdilər, deyərdilər, ermənilərin yeni liderinə vaxt vermək lazımdır.

Xoşbəxtlikdən, bu, baş vermədi, ermənilərin bəsirəti bağlandı və onlar üçün ən optimal çıxış yolunun nədən ibarət olduğunu görə, diya, hiss edə bilmədilər. Ənənəvi inadkarlıqları və hikkələri yenə gözlərini bağladı.
İnadkarlıqdan əbəs yerə söz açılmır. Ermənistan və Qarabağ ermənilərinin sevmli totemi, bilirsiniz, nədir? İnadkar Qarabağ eşşəyi...

Onlar hər il Ağdərə və Xankəndi arasındakı Vəng kəndində həmin o inadkar eşşəyin şərəfinə cıdır keçirirlər, əsasən cavan qoduqları minib ötüşürlər.

Ermənilər bir-birinin inadkarlığını, höcətliyini tərifləyərkən Qarabağ eşşəyini misal gətirirlər və bu, çox adamın xətrinə dəymir (az-az qlamur dəymədüşərlər ola bilər). Necə ki, bizdə bir adam haqqında “aslan parçasıdır”, “canavar kimi oğlandır” deyəndə xətrinə dəymir, ermənilər də barələrində “filankəs Qarabağ eşşəyi kimi inadkardır” deyiləndə incimirlər.
Hazırda Qarabağın yuxarı hissəsində yaranmış vəziyyətdə ermənilərin “dediyimiz dedikdir” deyə inadkarlıq etməsi məhz Qarabağ eşşəklərinin inadkarlığının imitasiyasıdır.

Onların yerində kim olsaydı, bir ayın içində ən güclü istehkamlara malik 5 rayonu, 160-dan artıq kəndi itirmələrinin qarşısında dərhal sülhə, danışıqlara hazır olduqlarını deyər, daha artıq itki verməkdən çəkinər, öz xalqının genefondunu qoruyardı.
Amma biz nə görürük? Paşinyan “axıra qədər vuruşacağıq” deyir, hamını silaha sarılmağa çağırır, qocaları, uşaqları, qadınları müqavimətə təhrik edir, bildirir ki, qələbə çalacaqlar. İnçəsi əzilmiş ilan bir daha şütüyüb gedə bilməz, adam anlamır.
Bax, budur, Qarabağ eşşəyinin inadkarlığı.

Düzdür, Paşinyan qarabağlı deyil, amma bu inadkarlıq ona da sirayət edib. Hakimiyyətə ilk gəldiyi vaxtlarda o, belə deyildi, daha çox sülhdən danışırdı, amma hakimiyyətdə olduğu 2 il yarımda mübarizə apardığı, didişdiyi inadkar qarabağlı erməni liderlərin xasiyyətini götürdü və o cür oldu. İndi o, qarabağlı ermənilərdən də inadkardır.

Ona görə də hazırda adlı-sanlı erməni idmançılar, sənətçilər, modellər, istənilən millətin gələcəyi və qızıl fondu sayıla biləcək gənc alimlər Paşinyanın fitvası ilə Qarabağa gəlir, bir gündən sonra, elə ilk döyüşdəcə necə, kim tərəfindən vurulduqlarını bilmədən ölürlər.
Paşinyanın vecinə də deyil. O, yalandan “oğlum ön mövqedədir” deyir, amma çox güman ki, Aşot Paşinyan təhlükəsiz bir “ön mövqedədir”. Əvəzində 18-20 yaşlı erməni gəncləri səngərlərdə milçək kimi qırılır.

Ona görə də onun istefa verməməsi bizim əlimizə oynayır. O, özü dediyi kimi, nə təslim olacaq, nə də güzəştə gedəcək. Güzəştə getsəydi, biz də bir yerlərdə dayanmalı olacaq, biz də güzəştə gedəcəkdik. Belə olduğu təqdirdə, axıracan döyüşməkdirsə, axıracan döyüşəcəyik, işin axırında isə güzəşt-filan olmayacaq.

Ermənilər Qarabağda inadkar eşşəklər bəsləyirdilərsə, bizim də canavar kimi oğullarımız var.  

Musavat.com



Ana səhifəyə qayıt        Baxış: 2 488          Tarix: 27-10-2020, 23:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma