Xəbər lenti
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
“Unutmamalıyıq ki, Qarabağın taleyi masada deyil, döyüşdə həll olunur”
“Bu əlamətdar gündə başda Mustafa Kamal Atatürk olmaqla, Türkiyə Cümhuriyyətinin qurucularını ehtiramla xatırlayır və qardaşlarımızın bayramını təbrik edirəm”
“Əvvəlki mövqelərindən geri çəkildikcə daha çox azğınlaşan mənfur düşmən itirdiklərinin əvəzini dinc əhalini raketlərlə nişan alıb qətliam törətməklə çıxır. Biz onların xain əməllərindən çoxdan xəbərdarıq, odur ki, Bərdədə baş verənlərdən çox məyus olsaq da, ruhdan düşməli deyilik”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.
ADR Hərəkatının sədri bildirib ki, əsrlərlə tanıdımız düşmən qonşunun hər cür namərdlik edəcəyini bildiyimizə görə diqqətli və hazırlıqlı olmalıyıq: “Xüsusilə də Hava Hücumundan Müdafiə və Mülki Müdafiə sistemlərinin müasir tələblərə uyğun tənzimlənməsinə çalışmalıyıq. Mingəçevirin və digər strateji obyektlərin düşmənin hədəfində olduğunu nəzərə alaraq, həm hərbi və həm də mülki müdafiə sistemlərini möhkəmlətməliyik. Bundan əlavə, beynəlxalq təşkilatları və mətbuatı məlumatlandırmalı, onları baş verənlər barədə ilk mənbədən məlumat almağa dəvət etməliyik. Bərdə terrorunun çəkilişləri və nəşrlərini maksimum paylaşmaqla onları daha geniş auditoriyaya çatdırmalıyıq”.
Bu gün Cenevrədə Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Azərbaycanın və Ermənistanın xarici işləri nazirinin yenidən görüşdüklərini vurğulayan Qubad İbadoğlunun fikrincə, unutmamalıyıq ki, Qarabağın taleyi masada deyil, döyüşdə həll olunur: “Odur ki, xilaskar ordumuza dəstəyimizi davam etdirməliyik ki, onlar da tezliklə xoş xəbərlərlə bizi sevindirsinlər. Bildiyim qədər dünən Füzuli rayonu ərazisində təmizləmə işləri uğurla başa çatıb və dünənə qədər ermənilərin nəzarətində qalan kəndlərin əksəriyyəti də işğaldan azad edilib. Bununla yanaşı, Laçın dəhlizinə doğru irəliləyən müzəffər ordumuz zəfər yürüşünü davam etdirir. İnanıram ki, tezliklə həmin cəhbədən də hər kəsin ürəyindən olan xəbərlər alacağıq. Qarabağ müharibəsinin ən önəmli nəticəsi torpaqlarımızın işğaldan azad edilməsidir”.
İqtisadçı alimin sözlərinə görə, bu müharibə bizə dostumuzu və düşmənimizi də yaxından tanıtdı:
“Qərbin riyakarlığı, rusların namədrdliyi bizi üzsə də dostlarımızın təmənnasız dəstəyi hər kəsi fərəhləndirir. Dünən Pakistanın parlamenti Ermənistanın Azərbaycana təcavüzünü və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərinə etdiyi vəhşicəsinə hücumlarını qətiyyətlə pisləyən qətnaməni yekdilliklə qəbul edib. Rusiya prezidenti Vladimir Putinlə telefon danışığının təfərrüatlarını açıqlayan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu sözləri kifayət edir ki, daha da qürurlu olaq. “… qırmızı xətt keçilərsə, inciməsinlər, atamızın oğlu da olsa gözümüz görməz!!!” Nərdir bu qırmızı xətt? Qırmızı xətt Azərbaycana başqa dövlətin müdaxiləsidir, belə hal baş verərsə, hər kəs qarşısında Türkiyəni görəcək mesajını prezident Ərdoğan artıq ünvanına açıq və birbaşa çatdırdı. 29 oktybar Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümüdür.
Bu əlamətdar gündə başda Mustafa Kamal Atatürk olmaqla, Türkiyə Cümhuriyyətinin qurucularını ehtiramla xatırlayır və qardaşlarımızın Cümhuriyyət bayramını təbrik edirəm. Nə yaxşı ki, varsan, Türkiyə!”
Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar