Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
“Bu müddət ərzində ermənilərin maskaları cırılıb, əsl və çirkin sifətləri görsənib” – QUBAD İBADOĞLU
“İnanıram ki, Şuşanın tezliklə azadlıq xəbəri bizlərin hər biri üçün həyatımızın ən böyük hədiyyəsi olacaq”
“Artıq 40 gündür ki, hər birimiz həyacanla dolu ömür sürür, hər gün səbirsizliklə, intizarla müzəffər ordumuzun tam və qəti qələbəsini gözləyirik. Əsgər və zabitlərimiz ailə üzü görmür, rahat yorğan-döşəkdə yatmır, səhərədək növbə çəkir, döyüşləri və ermənilərə verdikləri dərsləri ilə yeni tarix yazır”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.
ADR Hərəkatının sədrinin sözlərinə görə, 40 gündür ki, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan igidlərimiz rahat uyuyur, ruhları şaddır, canlarından keçdiyi vətən torpağının 4 rayon mərkəzi, 5 qəsəbə, 200 kənd, 209 yaşayış məntəqəsi işğaldan azad edilib: “Bu 40 gün ərzində Xudafərin də daxil olmaqla, 132 km-lik cənub sərhədimiz 27 illik əsarətdən qurtarılıb, indi həmin sərhədlərdə Azərbaycan bayrağı dalğalanır, onun keşiyini də öz əsgərlərimiz çəkir. Bu müddət ərzində ermənilərin beynəlxalq səviyyədə apardığı yalançı təbliğatları ifşa olunub, xarici ictimaiyyət və institutlar erməniləri daha yaxından tanıyıb, bir sözlə, onların maskaları cırılıb, əsl və çirkin sifətləri görsənib. Bu 40 gün ərzində yüzlərlə şəhidimiz və yaralanlarımız oldu, hər şəhidimizi cəbhəyə könüllü yollanan minlərlə igidlər əvəz elədi, nəticədə Azərbaycan ordusunda döyüş ruhu bir anda olsa belə, sönmədi.
Xalq bütünləşdi, dostu düşməndən ayırmağı bacardı, hər kəs hər an cəbhəni düşünüb, birlik və həmrəylik üçün çalışdı. Biz də sizlərlə səhərlərimizi birgə açaraq, xoş xəbərlər müjdəsinə aludə olduq, onları bəzən tez, bəzən vaxtında, bəzən isə gec də olsa əldə etdik. Bir gözümüz güldü, bir gözümüz ağladı, həmişə inamla qələbə gözlədik, gözləntilərimiz böyük olsa da şanlı ordumuzun sayəsində onun doğrulacağına inanımız heç vaxt itmədi. Bugün də inamlıyıq, Qarabağdan xoş müjdələr, sevinci xəbərlər sorağındayıq. İnanıram ki, Şuşanın tezliklə azadlıq xəbəri bizlərin hər biri üçün həyatımızın ən böyük hədiyyəsi olacaq”.
Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar