Xəbər lenti
Dünən, 19:12
Dünən, 17:22
Dünən, 16:18
Dünən, 14:51
Dünən, 14:00
Dünən, 10:39
Dünən, 09:48
21-12-2024, 23:25
21-12-2024, 22:54
21-12-2024, 21:47
21-12-2024, 20:21
21-12-2024, 20:00
21-12-2024, 18:09
21-12-2024, 17:21
21-12-2024, 17:00
21-12-2024, 14:22
21-12-2024, 13:41
21-12-2024, 12:35
Müharibədən əvvəl Xocavəndin 6 min 200 sakini varmış. Son döyüşlər sırasında isə rayon mərkəzində məskunlaşmış ermənilərin böyük əksəriyyəti Ermənistana qaçır. Qəsəbədə cəmi 400 adam qalır.
Ovqat.com xəbər verir ki, rayonun “bələdiyyə sədri” Edik Avanesyan erməni mediasına açıqlamasında belə deyib.
Onun sözlərinə görə, rus “sülhməramlı”larının araya girməsi və erməniləri yenidən yaşadıqları yerə çağırmasıyla minə yaxın sakin geri qayıdıb. Hazırda rayonda 1300-1400 adam var. Amma onlar da qayıtdıqlarına peşmandırlar. Çünki yenicə bitmiş müharibədə çıxan atışmalar nəticəsində rayon mərkəzindəki binaların 70-80%-i dağılıb. Bu da azmış kimi, rayona geri qayıdanda başa düşüblər ki, Azərbaycan əsgərləri Xocavəndin 1 km-liyinə qədər yaxınlaşıblar. İndi Xocavəndlə Azərbaycan ordusu arasında lazım gələndə erməniləri 5 quruşa satmağa hazır olan ruslar (hər halda, “qonaqlarımız” belə düşünürlər) dayanır.
Ən pisi isə odur ki, ruslar 5 ildən sonra şələ-şülələrini yığışdırıb məmləkətlərinə gedə bilərlər. Xocavəndlilər isə İrəvanın təlqinləri ilə Azərbaycanın yerli sakinləri ilə dost ola bilmirlər. Bu, öz millətləri tərəfindən “böyük xəyanət” başa düşülər və sözsüz ki, ağır nəticələnər. Gəmidə oturub gəmiçiyə düşmən gözüylə baxmaq da Xocavənd əhalisi üçün yaxşı perspektiv vəd etmir. Bir sözlə, erməni separatizminin əsirinə çevrilən “binəva xocavəndlilər” rusların bölgəni tərk etməsindən sonra yenidən ağ bayraq qaldırıb aid olmadıqları yeri birdəfəlik qaçmaq məcburiyyətində qalmayacaqlarına əmin deyillər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar