Xəbər lenti

 
Dinc vaxtda Qarabağın “paytaxtı”nda təxminən 56 min insan yaşayırdı. İndi əhalinin 30% -i şəhərdə qalır, qalan hissəsi isə Ermənistana köçüb.
 
Ovqat.com xəbər verir ki, Xankəndinin “bələdiyyə sədri” David Sarkisyan bunu “Sputnik”-in erməni redaksiyasına açıqlamasında etiraf edib.
 
Sarkisyanın iddiasına görə, hazırda Xankəndində təxminən 17 min sakin qalıb.
 
"İndi şəhərdə əhalinin təxminən 30%-i qalıb. Onlar da bomba sığınacaqlarında yaşayırlar", - “mer” belə deyib.
 
Xankəndi sakinlərinin əksəriyyətinin Ermənistana köçdüyünü bildirən Sarkisyan şəhərdəki 17 min sakinin qida ilə təmin olunmasında çətinlik çəkdiklərini də gizlətməyib. Üstəlik, soyuq fəslin yaxınlaşdığını deyən “mer” şəhərdə qalan sakinlərin evakuasiyasını təşkil etməyə hazır olduqlarını bildirib.


Ana səhifəyə qayıt        Baxış: 6 469          Tarix: 5-11-2020, 09:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma