Xəbər lenti
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
IRNA, İran 23.11.2020 Müəllif: Niknam Bəbri İran İslam Respublikası Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ böhranı ilə bağlı Rusiyanın vasitəçiliyilə əldə edilmiş atəşkəs razılaşmasını alqışlayır. Bu, Tehranın regional əməkdaşlıqda maraqlı olduğunun göstəricisidir. İran terror təhlükəsinə, regional müharibələrə qarşıdır. Bəs Dağlıq Qarabağ böhranının başa çatmasının İran üçün ən mühüm cəhəti nədir? Son günlər internet məkanında ən çox rast gəlinən suallardan biri də budur və bu suala fərqli cavablar verilməkdədir. Təbii ki, İran bölgədə söz sahibidir, danılmaz gücdür. O, regionda sülhü, sabitliyi dəstəkləyir. Bu üzdən, Tehran Dağlıq Qarabağ böhranının başa çatmasını daha dayanıqlı regional sülhə, inteqrasiyaya açılan pəncərə kimi qiymətləndirir. Atəşkəs sazişinin bəndləri Qarabağda sülh və sabitliyin bərqərar olunmasını nəzərdə tutur. Razılaşmaya əsasən, Ermənistan silahlı qüvvələri dekabrın 1-dək üç mərhələdə bütün Dağlıq Qarabağ bölgəsindən çıxarılmalıdır. Artıq Şuşaya, Füzuliyə, Araz çayı boyu İranla sərhədə, Zəngilan və Cəbrayıl kimi rayonlara artıq hakim olan Azərbaycan təbii ki, burada mövcudluğunu davam etdirəcək. Qarşıdakı 5 ildə isə o, tədricən digər bölgələr üzərində də öz suverenliyini bərpa edəcək. Məsələnin bu hissəsinədək hər hansı qaranlıq məqam yoxdur. Ancaq Dağlıq Qarabağda atəşkəs anlaşmasının şərtlərində təhlükəsizlik və siyasi məsələlərlə yanaşı, iqtisadi və ticari məqamlar da var. Bəziləri hesab edir ki, bu atəşkəs razılaşması ilə İran Ermənistanla sərhədini itirəcək. Məsələ ondadır ki, Azərbaycan Yerevandan Xankəndiyə əsas yol olan Laçın dəhlizinin açıq qalmasına, üstəlik, orada magistral yolun çəkilişinə razılıq verib. Bunun müqabilində isə Ermənistan ərazisindən, onun cənubundakı Qafan şəhərindən Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında yol açılmalıdır. Bu yol Qarabağın cənubunda yerləşən, işğaldan yeni azad edilmiş Zəngilandan başlayaraq, Qafan vasitəsilə Naxçıvana uzanacaq. Lakin İran-Ermənistan sərhədi bu iki ölkəyə aiddir və onların sərhəd xəritəsində heç bir dəyişiklik olmayacaq. Bəli, yeni transit yolundan fəal istifadəyə başlanılması İranın sərhəd bölgəsinə öz əhəmiyyətli təsirini göstərəcək. Lakin bu, sərhəddə hansısa coğrafi dəyişikliyin baş verəcəyi anlamına gəlmir. Amma bu işdə əlbəttə ki, bir sıra önəmli məqamlar var. Birincisi, məsələ hələ müzakirə mərhələsindədir və onun reallaşdırılmasına çox var. Bundan başqa, bu dəhlizin tam işlək vəziyyətə gətirilməsinə mane olacaq amillər də yox deyil. Əvvəla, yolun təhlükəsizliyi Rusiya sərhədçiləri tərəfindən təmin olunacaq. İkincisi, Ermənistan xalqı və hökumətində müharibənin nəticəsindən yaranmış qəzəb Dağlıq Qarabağda tezliklə tam sülhün bərqərar edilməsinə mane ola bilər. Aparılan sorğular göstərir ki, ermənilərin əksəriyyəti atəşkəsin nəticələrindən narazıdır. Maraqlıdır ki, Azərbaycan xalqı arasında da narazı olanlar var. Onlar bölgəyə təxminən iki min Rusiya sülhməramlısının yerləşdirilməsini o qədər də məmnunluqla qarşılamayıblar. Ən əsası isə Dağlıq Qarabağın özündə hələ də bir çox sual açıq qalır: Qarabağın mərkəzi şəhəri olan Xankəndidə hansı ölkənin bayrağının dalğalanacağı, Rusiya qoşunlarının 5 il sonra bölgədən çıxacağı təqdirdə Dağlıq Qarabağa nəzarətin tam şəkildə Azərbaycana keçib-keçməyəcəyi və s. Hazırda Azərbaycanlılar Dağlıq Qarabağın yalnız cənub hissələrinə nəzarət edir. Demək, vəziyyətin tam normallaşmasına və bölgədə yeni tranzit yolunun tam işlək vəziyyətə gəlməsinə hələ çox var. Digər tərəfdən, İran bir çox böyük tranzit marşrutlarının üzərində yerləşir. O, xüsusi geosiyasi mövqeyi, təhlükəsizliyi, sabitliyilə region ölkələri üçün əlverişli ticarət marşrutudur. İndi isə Azərbaycanın İranla həmsərhəd olan rayonlarının işğaldan azad edilməsilə, Azərbaycanla İran arasında yeni sərhəd-keçid məntəqələri də yaranacaq. Ərazi son 30 ildə Ermənistanın nəzarətində olduğundan, bu sərhəd istifadəsiz qalmışdı. İndisə Azərbaycan dövləti İranla Arazın o tayında, təxminən 130 kilometrlik sərhəddə elektrik təchizatı sahəsində sıx əməkdaşlığa başlamaq əzmindədir. Beləliklə, Ermənistan ərazisindən Naxçıvana yeni yolun açılması, kommunikasiyaların qurulması ilə İran sərhədi nəinki əhəmiyyətini itirməyəcək, bəlkə də əksinə, o, bölgədə iqtisadi fəaliyyətini daha da gücləndirəcək. Bu isə həm İran, həm də Azərbaycan üçün qarşılıqlı faydalı perspektivlər açacaq. (Fars dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar