Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
Son zamanlar Azərbaycan xalqının mümtaz şəxsiyyəti Əbülfəz Elçibəy adının müxtəif platformalarda aşağılanması adi hal alıb. Bu tendensiyaya etirazını bildirmək üçün Moderator.az saytı şair Heydər Oğuzun mövzuyla əlaqədar bir şeirini oxucularla paylaşıb.
Aktuallığını nəzərə alıb biz də şeiri Ovqat.az izləyicilərinə təqdim edirik:
Səni qınamıram Bəyə daş atan
Bəyliyi bəyliyə erməyən bilməz.
İsti qucaqlara baş qoyub yatan,
Soyuq bucaqları görməyən bilməz.
Nədir kəşməkəşli insan həyatı?-
Yaşamayan sanar asan həyatı.
Nədir istibdadın zindan həyatı?-
Zindanlarda ömür sürməyən bilməz.
Çınqıllı yollarda yormayan qədəm
Qayaya xor baxar, dağa baxar kəm.
Milli azadlığın qədrini, dədəm,
Canını bu yola verməyən bilməz.
Dünən yumurtadan çıxan cücələr
Bilməz-çəkinirlər nədən beçələr?
Niyə qorxuludur qara gecələr?-
Ormanın qoynuna girməyən bilməz.
Ömür qurbanlıqsa müqəddəs yola
Sərf edə bilmərsən sağa və sola.
Ondan imtina da haramdır qula,
Halal bir meyvəni dərməyən bilməz
Heydər deyər: - saray necə tikilir,
Necə yer qazılır, özül tökülür,
Tikincə yolunda nələr çəkilir?-
Ömründə bir hasar hörməyən bilməz
Heydər Oğuz
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar