Xəbər lenti
Bu gün, 19:25

ABŞ Senatının və Pentaqonun keçmiş müşaviri, Florida Universitetinin professoru Mario Loyolanın “The Atlantic” dəki məqaləsi ciddi rezonans doğurub

ABŞ Senatının və Pentaqonun keçmiş müşaviri, Florida Universitetinin professoru Mario Loyolanın “The Atlantic” məqaləsi geniş rezonans doğurub. O, Birləşmiş Ştatları təzminat müqabilində Kiyevi Rusiyaya yeni regionların verilməsinə razı salmağa çağırıb. 

Loyola “The Atlantic” jurnalında dərc olunan məqaləsində yazır: "Birləşmiş Ştatlar Ukraynanı Rusiyaya hazırda tutduğu əraziləri böyük məbləğ müqabilində satmağa təşviq etməlidir, bura təzminat da daxildir. Bir çox münaqişələr bu yolla həll olunub". O, daha sonra əlavə edib ki, bu halda  Ukrayna “siyasi baxımdan daha sabit olacaq və Avropa İttifaqına və hətta NATO-ya daxil olmaq şansı daha çox olacaq”.

Əgər böhran diplomatiya yolu ilə həll olunmazsa, Loyola hadisələrin inkişafı üçün ən çox ehtimal olunan ssenarinin Rusiya tərəfindən birtərəfli atəşkəs olmasını hesab edib. O, daha sonra yazır ki, döyüşlərin davam etməsi nüvə silahı təhlükəsini artıracaq. “Üstəlik, bu nəticə ilə Rusiya və Çin arasında müttəfiqlik daha da güclənəcək ki, bu da sonda Vaşinqtonun hegemonluğunun süqutuna gətirib çıxaracaq”, - deyə keçmiş müşavir əlavə edib.

Mario Loyola məqaləsində onu da qeyd edib ki, ABŞ-ın Ukrayna münaqişəsində iştirakı ölkənin milli maraqlarına cavab vermir. Məqalədə o da bildirilir ki, Vaşinqton əvvəldən münaqişəyə müdaxilə etməməli idi, çünki indi ABŞ çox mürəkkəb vəziyyətə düşüb. Rusiya tərəfindən atəşkəs olacağı təqdirdə, Loyolanın qeyd etdiyi kimi, Amerika seçim etməli olacaq: Ukraynaya verdiyi vədləri pozmalı və ya müharibəyə müdaxiləni kəskin şəkildə artırmalıdır. Birinci seçim ABŞ-ın nüfuzuna və reputasiyasına xələl gətirəcək, ikinci seçim isə qaçılmaz olaraq nüvə döyüşünə gətirib çıxaracaq.

Loyola Rusiyaya “satılacaq” bölgələrin etnik tərkibini müzakirə edir, onların əhalisinin rusiyayönlü olduğunu da qeyd edir.

Rusiya mediası da yazıya reaksiya verib. Məqalələrin birində psixiatr Kübler-Rossun “qaçılmaz olanı qəbul etməyin beş mərhələsi” yada salınır. İndi Vaşinqton üçüncü mərhələyə çatıb – sövdələşməyə. Bu isə o deməkdir ki, inkar və qəzəb geridə qalıb. İndi biz ABŞ-ın depressiyaya düşməsini gözləyirik.

 “Asia Times” isə yazıb ki, Rusiya Azov dənizini və Donbassın böyük hissəsini saxlayacaq və Ukraynanın gücü tükəndiyi üçün münaqişənin həlli variantlarından birinə məcbur ediləcək.

 Bundan əvvəl ABŞ-ın Florida ştatının qubernatoru və 2024-cü il prezident seçkilərində mümkün namizəd respublikaçı Ron DeSantis da bildirmişdi ki, ABŞ ölkələr arasında münaqişəni aradan qaldırmağa çalışmalıdır.

Müsavat.com




Ana səhifəyə qayıt        Baxış: 2 899          Tarix: 23-03-2023, 16:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma