Xəbər lenti

 

Dünyanın ən böyük uran istehsalçısı olan və dünya uranın təxminən beşdə ikisini hasil edən Qazaxıstan Beynəlxalq Atom Enerjisi Agentliyində “ikinci dərəcəli vətəndaş” kimi qəbul olunmaqdan yorulub. 

 

Ovqat.com-un məlumatına görə, bu barədə “Bloomberg” agentliyi yazır.

 

Agentlik bildirir ki, Astana qurumun Direktorlar Şurasında yer almaq üçün beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır.

 

Qazaxıstan rəhbərliyinin bəyanatında deyilir ki, onun MAQATE-nin əsas İdarəetmə Şurasından çıxarılması “dərin ruh düşkünlüyü” yaradır və “bərabərliyin fundamental prinsiplərinin pozulmasına gətirib çıxarır”.

 

MAQATE Şurası ildə dörd dəfə toplanır və eyni zamanda yeni papa seçən katolik kardinalların gizli konklavı ilə müqayisə edilən proses vasitəsilə rəhbərliyin seçilməsinə cavabdehdir. Hazırda bu quruma hakim olan Qərb ölkələri nüvə silahının yayılmasına səbəb ola biləcək fəaliyyətlərə diqqət yetirməyə meyllidirlər.

 

Bu sahədəki mövqeyinə baxmayaraq, Qazaxıstan qərarların qəbulu prosesinə təsir imkanlarını itirmiş 17 keçmiş üzvdən biri kimi MAQATE-dən çıxarılıb.

 

Bu, siyasi məsələdir. Bəzi dövlətlər Qazaxıstanda olduğu kimi liderliyə güclü namizəd ola biləcək rəqibləri kluba qəbul etməkdə maraqlı deyillər”, - Vyana Nüvə Silahsızlaşdırılması və Yayılmaması Mərkəzinin direktoru Qauxar Muxatjanova bildirib.

 

Nəşrin bildirdiyinə görə, Qazaxıstanın bu tələbləri Rusiya İran və ABŞ tərəfindən də müdafiə edilib.

 




Ana səhifəyə qayıt        Baxış: 4 269          Tarix: 27-08-2023, 18:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma