Xəbər lenti

"Bir müddət əvvəl Nəqliyyat Nazirliyinin ləğv olunması və başqa quruma birləşdirilməsi yaxşı nümunədir və davam etdirilməlidir".

Bunu Milli Məclisin iclasında 2018-ci il büdcə layihəsinin müzakirələri zamanı deputat Zahid Oruc deyib.

O bildirib ki, Nəqliyyat Nazirliyinin "kiçik qəlpələri" başqa bir nazirliyə tabe edilib:

 "Amma ötən müddətdə gördük ki, nəqliyyat infrastrukturu çökmədi. Buradan belə bir nəticə çıxır ki, bəzi dövlət qurumlarını, nazirlik və komitələri də ləğv etməyin zamanıdır.  Bunun böyük xeyrini görə bilərik. İndi bir aydır ki, büdcə sənədi təqdim olunub. Amma hökumət üzvlərimizin dövlət televiziyalarında bunun şərhi ilə bağlı çıxışlarını görməmişəm, deməli, bəzilərinin büdcədən irəli gələn fəaliyyətləri yoxdur”.

APA




Ana səhifəyə qayıt        Baxış: 488          Tarix: 21-11-2017, 17:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma