Xəbər lenti

Prezident İlham Əliyev İqtisadiyyat nazirinin müavini Sevinc Həsənovanı İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının üzvlüyündən azad edib.

Prezident İlham Əliyev onun əvəzinə İqtisadiyyat nazirinin digər müavini, iqtisad elmləri doktoru, professor Şirzad Əyyub oğlu Abdullayevi təyin edib.

Prezidentin sərəncamı ilə Maliyyə nazirinin müavini Emin Zamin oğlu Hüseynov da Şura üzvlüyündən azad edilib, onun yerinə Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə təyin edilib.

  




Ana səhifəyə qayıt        Baxış: 410          Tarix: 31-10-2018, 10:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma