Xəbər lenti

 

"Cavanlarımıza çağırış edirəm, səslənirəm, xahiş edirəm; qızlarımızı gəzib buraxmayın! Qızlar bizim anamızdır, namusumuzdur, qeyrətimizdir!"

Bu sözləri tibb elmləri namizədi Rəşid Mahmudov Xəzər TV-nin "Səni axtarıram" proqramında səsləndirib.

2 yaşında anası tərəfindən atılan və atasının erməni sevgilisi tərəfindən böyüdülən Elcanın taleyi Rəşid Mahmudovu bu sözləri deməyə məcbur edib. R.Mahmudov erməni qadınla həyat yoldaşına xəyanət edən Rafiqin hərəkətini pisləyib:

“Ay qadınlar, ərinizi ovcunuzda saxlayın. Quşdu, pırr edib, uçacaq. Bax, həmin kişilərdəndir. Erməni qadın çəkib yanına. O kişi də gözümdən düşdü. Kişilərin çoxu gözümdən düşdü. Onsuz da mən hər şalvar geyinənə kişi demirəm. Belə hesab edirəm ki, bizim kişilərdə çox günahlar var.

Kəmalə xanımla evlənirsən, gecə də gedib erməninin qucağında yatırsan. Sən nə kişisən?! Kişisənmi?!"

Qeyd edək ki, vaxtilə Gəncədə yaşayan Lyubov İvanovna adlı erməni qadın Rafiq adlı kişi ilə sevgili olub. Bu səbəbdən ailəsi dağılır və həyat yoldaşı 2 yaşlı övladlarını onların üstünə atıb. Lyuba sevgilisinin oğluna sahib çıxır. Qarabağ münaqişəsindən sonra Elcanın atası Raqiflə birikdə Azərbaycanı tərk edib Rusiyanın Rostov şəhərinə köçür. 1985-ci ildə 2 yaşındaykən ananın imtina etdiyi, daha doğrusu erməni qadınla sevgili olan atasının üstünə atılan Elcan doğma anasından imtina edib. Erməni qadının saxlayıb-böyütdüyü, tərbiyə verdiyi azərbaycanlı artıq 37 yaşındadır.

Lyuba Xoşqədəm Hidayətqızına müsahibəsində bu sözləri deyib: "Rafiq toy gecəsi Kəmaləni evdə qoyub mənim yanıma gəlmişdi. Mən onu təhqir edib qovdum. Düzdür, getdi, amma bir neçə gündən sonra geri döndü. Amma bu dəfə Raqifi qova bilmədim. Bilirsiniz, əəgər insan bir insanı sevmirsə, onu orada zorla saxlamaq olmaz. Ürəyə hökm etmək mümkün deyil. Məcbur olub Rafiqi qəbul etdim. Onsuz da bu ailənin axırı yox idi. Gec-tez dağılmalı idi və dağıldı da. Burada mənim heç bir günahım yoxdur. Heç bir milli münaqişə bizim bir yerdə olmağımıza mane ola bilmədi. O, məni sevirdi, mən də onu. Elcan onun oğludur, onun qanıdır, eyni zamanda mənim oğlumdur. Onlar ayrılanda Elcanın 2 yaşı vardı". \\Yeni Sabah




Ana səhifəyə qayıt        Baxış: 517          Tarix: 18-09-2019, 22:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma