Xəbər lenti

Tovuz Rayon İcra Hakimiyyətinin birinci müavini Rəşad Zeynalovun həyat yoldaşı və oğlu Qaradağ rayonu ərazisində ağır avtomobil qəzasına düşüb.
Bu barədə Axar.az-a daxil olan məlumatı Tovuz Rayon İcra hakimiyyətindən təsdiqləyiblər.
Məlumata görə, hadisə gecə saatlarında baş verib.
“Biz də hadisənin detalları barədə məlumatlı deyilik. Qəza gecə saatlarında Bakı şəhərində baş verib. Hadisə zamanı Rəşad Zeynalovun həyat yoldaşının həlak olduğu deyilir. Onunla birgə olan oğlu isə ağır yaralanıb”, - deyə icradan bildirilib.
Məlumatda sürücünün də dünyasını dəyişdiyi ilə bağlı məlumat yayılıb.

***

Bakı şəhərinin Qaradağ rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarına aşıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1969-cu il təvəllüdlü Cabbarov Rövşən Sabir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.




Ana səhifəyə qayıt        Baxış: 464          Tarix: 25-11-2019, 10:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma