Xəbər lenti

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri Neftçala rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir. 

Bu barədə haqqin.az-ın bölgə müxbiri məlumat verib.

Məlumata görə, bir müddət əvvəl binaya xüsusi təyinatlıların olduğu dörd “Cip” (Jeep) gəlib.

DTX binanın girişində xüsusi yoxlama məntəqəsi qurub. Binaya giriş qadağan edilib.

Xatırladaq ki, hazırda Neftçala rayon İcra Hakimiyyətinə İsmayıl Vəliyev rəhbərlik edir. O, bu vəzifəyə 2011-ci ildə təyin edilib. Bundan əvvəl isə 2005-ci ildən Qobustan rayon İcra Hakimiyyətinin başçısı olub/Qafqazinfo.az.




Ana səhifəyə qayıt        Baxış: 575          Tarix: 20-02-2020, 13:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma