Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Moderator.az xəbər verir ki, Milli Məclisin deputatı Aydın Mirzəzadə Mingəçevirdə şəhid bulaqlarına sayğac qoyulması ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib.
Millət vəkili deyib ki, belə bir problemə görə indiyədək ona müraciət edən olmayıb və xəbəri dünən mətbuatdan oxuyub:
"Məsələ ilə bağlı Mingəçevir şəhər icra hakimiyyəti ilə əlaqə saxladım. Məlum oldu ki, bu "Azərsu" şirkətinin bütün su istifadəçilərinə olan tələbidir. Bü gün bayram qabağı tədbirlər günü olduğu üçün məsələnin araşdırılaması iyunun 16-a qaldı. Birisi gün mütləq "Azərsu"yun sədri Qorxmaz Hüseynovla danışacağam. Əgər orda məsələ həll edilməzsə, Baş nazir Artur Rəsizadəyə çıxacağam.
Hesab edirəm ki, şəhid adları bizim üçün əzizidir və onların adlarını daşıyan bulaqlara sayğac qoyulması düzgün deyil".
Xatırladaq ki, dünən Mingəçevir şəhərində sakinlərin təşəbbüsü ilə şəhid Şaiq Mustafayevin xatirəsinə çəkilən bulağa altı ay əvvəl sayğac quraşdırılması ilə bağlı xəbərlər yayılmışdı. Şəhidin həyat yoldaşı Arzu Mustafayeva bulaqdan suyun gəlməsi üçün hər ay 5 manat ödədiyini bildirmişdi.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar