Xəbər lenti


Ötən il Azərbaycanda qeydə alınmış 4,3%-lik iqtisadi geriləmə 25 ildə Azərbaycan iqtisadiyyatında ən böyük azalması olub.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi Rəydə bildirilir.

“ÜDM-in real ifadədə azalması yalnız 2016-cı və 2020-ci illərdə müşahidə olunsa da, ötən ildə qeydə alınmış rəqəm 2016-cı il səviyyəsini üstələyib.

2020-ci ildə qlobal miqyasda kəskin dəyişən tələb və təklif komponentləri Azərbaycanın iqtisadi mənzərəsini müəyyənləşdirən əsas amil olub, bütün dünya iqtisadiyyatında qeydə alınan azalma tendensiyası yerli iqtisadiyyatdan da yan keçməyib.

Hesabat ilinin mart ayından başlayaraq, ölkə daxilində tətbiq edilən uzunmüddətli özünütəcrid rejimləri ölkə iqtisadiyyatında da azalma ilə nəticələnib”, - deyə Rəydə qeyd olunub.


Ana səhifəyə qayıt        Baxış: 3 333          Tarix: 25-05-2021, 10:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma