Xəbər lenti

 
Bu gecə saat 3 radələrində ordumuz tərəfindən əsir götürülən erməni diversantları Kəlbəcər ərazisində təzhizat yolu üzərinə mina döşəmək niyyətilə gəliblər.
 
Ovqat.com-un məlumatına görə, onlar “iş üstündə” yaxalanıblar.
 
Erməni diversantlarını bölgəyə gətirən və mina yerləşdirmək üçün istifadə olunan texnikalar sıradan çıxarılıb, təxribatçılar mühasirəyə alınaraq əsir götürülüb. Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı açıqlamalar da əldə etdiyimiz məlumatları təsdiqləyir. Həmin açıqlamada bildirilir ki, erməni əsgərləri sahədə mühəndis işləri görərkən əsir götürülüblər. Gecə saat 3-də hansı mühəndislik və tikinti işlərindən söhbət gedə bilər?
 
Sözsüz ki, bu sualın ən inandırıcı cavabı erməni diversantlarının ərazimizə mina basdırması ola bilər. Bu fakt erməni tərəfinin digər məlumatlarını - onlar Ermənistan ərazisində əsir götürülüblər - iddialarını da çürüdür. Hər halda ermənilərin öz əsgərlərini partlatmaq üçün bu minaları basdırdığına inanmaq sadəlövhlük olardı.

Ovqat.com





Ana səhifəyə qayıt        Baxış: 6 065          Tarix: 27-05-2021, 11:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma