Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Tənqid cəmiyyətin aynasıdır. Bütün cəmiyyətlər, o cümlədən hakimiyyətlər, müxalifətlər, söz və sənət adamları tənqid güzgüsündə öz simalarını görür, artıq-əskiyini düzəldir və kamilləşirlər. Məhz bu baxımdan obyektiv tənqidi nəinki süngü ilə qarşılamamalı, əksinə dost iltifatı deyib bağrımıza basmalıyıq. Görünür, atalar da “tənqid dostlar üçündür” deyəndə bunu nəzərdə tutublar.
Son zamanlar mediaya ictimai nəzarət prinsipi ilə yola çıxan, ədəbi-yazı dilimizin qorunmasını özünün 1 nömrəli məqsədi olaraq göstərən Senzor.az-ın yaranmasına ən çox sevinənlərdən biri də biz idik – Ovqat.com kollektivi. Saytın yaradıcısı Rusvat Bayramov “yola çıxmamışdan” əvvəl öz fikirlərini bizimlə paylaşanda ondan yeganə bir xahişimiz də bu istiqamətdə – illərin dostuluğuna baxmayaraq, təəssübkeşlik etməsin, ilk tənqid atəşinə tutduqları sırasına Ovqat.com-u da salsın. Çünki bu cür tənqidlər bizi daha məsuliyyətli olmağa, gözümüzün giləsindən gələn məhsullarımızın daha keyfiyyətli çıxmasına, oxucularımıza təmiz üslub və ifadə tərzində çatdırılmasına vəsilə ola bilərdi. Bu isə bizim işimizin ümumi xeyrinədir.
Həm də axı, hər zaman biz tənqid etməli deyilik ki. Bir də bizi tənqid etməlidirlər ki, medianın “sillə”sini özümüz də dadaq, başqasının əməllərini saf-çürük edəndə nələr çəkdiyini anlayaq, bir növ, özümüzü başqasının yerinə qoymağı bacaraq. Bu mənada, etiraf edək ki, bir media qurumu olaraq, tənqidi mənəvi empatiya kimi görür və yüksək qiymətləndiririk.
Senzor.az saytı da sağ olsun, bu istəyimizi “gözümüzdə qoymadı”. Həmkarımızın bu gün qayçıladığı iki saytdan biri Ovqat.com oldu. Əslində digəri də Senzor.az-a yad biri deyildi – Virtualaz.org. Dostumuz, ilk redaktorumuz və bugünkü “senzor”umuz Rusvat Bayramovun yaxın zamanlara qədər redaktorluğunu etdiyi sayt.
Sözü çox uzatmadan “Senzor”-un qayçısına gələn səhvimizi sizinlə də bölüşürük.
Gorus-Qafan, yoxsa Goris-Kapan yolu? ŞƏRHSİZ
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar