Xəbər lenti
Dünən, 19:25


 
Bu zamana rusdilli məktəblərlə bağlı müzakirələrdə “rusqafalıların” arxasında gizləndikləri bir arqument vardı: bu məktəblər həm təhsil baxımından keyfiyyətli “məhsul” buraxırlar, həm də Azərbaycanın dərdlərini dünyaya yaymaq imkanına malikdirlər. 
 
Açığı, bu arqumentin inandırıcı olmadığı əvvəlcədən bəlli idi. Bir sıra təhsil ekspertlərinin araşdırmaları göstərirdi ki, rus bölmələrinin məzunları daha aşağı balla ali məktəblərə girir, hətta qəbul imtahanlarından 700 bal toplayanlara nadirən rast gəlinir.
 
“Bəlkə də bəzi statistik nəticələri izləməyin vaxtı çatıb. Yəni rus bölməsini qurtaran orta məktəb məzunlarının son üç ildə ali məktəblərə daxilolma və hansı nəticələrlə qəbulolunma səviyyələri (təlim rus bölməsində aparılan sinif və məktəbləri bitirən məzunların əhəmiyyətli faizi hətta 200 ballıq minimum keçid balını toplaya bilmədiyindən onların sayına uyğun universitetlər tərəfindən sifariş edilən yerlərin 50%-dən çoxu vakant qalır. Bu yerlərə Azərbaycan dilində təhsil almış və hətta 350-400 bal arası nəticə göstərərək kənarda qalmış orta məktəb məzunları iddialı ola bilərdilər), ötən tədris ilində rus bölməsini bitirən məzunların hansı faizinin minimum keçid balını topladığı, Təhsil Nazirliyi tərəfindən orta məktəb və liseylərin müxtəlif siniflərində keçirilən monitorinqlərdə rus bölməsində təhsil alan şagirdlərin göstərdikləri nəticələr diqqətdə saxlanılmalıdır. Bu statistikanın tədrisi Azərbaycan dilində olan məktəb və siniflərin xeyrinə əhəmiyyətli dərəcədə  dəyişməsi maraqlı göründüyü qədər də düşündürücüdür”, - Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru Telman Cəfərov “525-ci qəzet”də dərc olunan “Azərbaycanda rusdilli təhsil: problemlər, axtarışlar, çağırışlar...” sərlövhəli məqaləsində belə deyirdi.
 
Mütəxəssislər hətta bəzi valideynlərin sırf bu məqsədlə - ali məktəbə daha rahat girsinlər deyə, uşaqlarını rus bölməsində qoyduqlarını da iddia edirdilər.
 
O ki qaldı rus bölməsi yetirmələrinin Azərbaycanın dərdlərini dünyaya çatdırmaq iddiasına, bunu da əsaslı saymaq mümkün deyil. Nədən ki, əvvəla, dünya Rusiyadan ibarət deyil və üstəlik, bizim rusdilli “intilligentlərimiz” hətta istəsələr belə, imperiya eşqiylə yaşayan bu dövlətin ictimai rəyini özümüzün xeyrinə dəyişə bilməzlər. Axı, Rusiyanın özü də heç ictimai rəylə idarə olunmur. 
 
İkincisi, sən demə, rus bölməsinin “uşaqları” da bu dilin sirlərinə bizim düşündüyümüz qədər kamil yiyələnə bilmirlər. Hətta içərilərindən seçilib jurnalistika sahəsi ilə məşğul olanların arasında ruscanın “qol-qabırğasını qıranlar” da az deyil. Bu da azmış kimi, həmin “intilligentlər” oxucuların haqlı iradları ilə razılışamır, onları ələ salacaq qədər irəli gedirlər.
 
Hər halda bu həqiqəti biz yox, yazılı dilimizə ictimai nəzarət funksiyasını könüllü şəkildə öz boynuna götürən  Senzor.az saytı ortaya çıxarıb.

Ovqat.com sözügedən saytın Azərbaycanın rusdilli saytı oxucunun iradlarına necə reaksiya verdi? - FOTO-FAKT sərlövhəli yazısını təqdim edir







 
Senzor.az-dan: Əziz oxucular! Fikir verdinizsə, biz materialları olduğu kimi təqdim etdik. Tərcümə etmədən və heç bir şərh vermədən. Ona görə belə etdik ki, hər şeyi orijinaldan oxuyub, hökmü siz özünüz verəsiniz: sayt redaktoru-müəllif-oxucu polemikasi beləmi olmalıdır?
Reaksiyalarınızı gözləyirik…



Ana səhifəyə qayıt        Baxış: 5 498          Tarix: 31-08-2021, 17:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma