Xəbər lenti

 
Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən, ölkə ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir. Bu məcəlləyə əsasən, avtonəqliyyat vasitələri yol vergisinə, “Dövlət rüsumu haqqında” qanunun 24-cü maddəsinə əsasən, ölkə ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir”.
 
Ovqat.com xəbər verir ki, DGK Gorus-Qafan yolunda İran maşınlarından rüsum alınması barədə iddialara münasibət bildirərkən belə bəyan edib.
 
Komitənin yaydığı yazılı açıqlamada bildirilib ki, “hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur”.
 
Qeyd edək ki, DGK-nın dünən saat 12-dən etibarən Gorus-Qafan yolunda da tətbiq etdiyi bu qaydalar nədənsə ancaq İranın yük maşınlarına tətbiq edilir. Bəs, Ermənistan əhalisi niyə yaddan çıxıb? Yoxsa DGK bütün Zəngəzur bölgəsini Azərbaycan ərazisi, o bölgədə yaşayan erməniləri isə bizim “azmış vətəndaşlarımız” hesab edir?


Ana səhifəyə qayıt        Baxış: 5 783          Tarix: 13-09-2021, 15:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma