Xəbər lenti
Dünən, 19:25

 
 
Rusiya Müdafiə Nazirliyi dünən Xocavənd rayonu ərazisində baş verən atışma ilə bağlı məlumat yayıb.
 
Ovqat.com xəbər verir ki, məlumatda deyilir:
 
"Ötən gün Martuni bölgəsində atəşkəs rejiminin pozulması qeydə alınıb. Rusiya sülhməramlı kontingenti vəziyyəti sabitləşdirib və onun daha da gərginləşməsinin qarşısını almaq üçün tədbirlər görülüb. Hazırda bu istiqamətdə iş davam etdirilir ".
 
Qeyd edək ki, dünən baş verən insidentdə 6 nəfər yaralanmış, onlardan 2-si ağır vəziyyətdə idi. Ermənilər həmin şəxslərin bizimkilərin açdığı atəş nəticəsində yaralandıqlarını iddia edirdilər. Azərbaycan Müdafiə Nazirliyi isə hadisənin erməni silahlılarının öz aralarında atışması nəticəsində törədildiyini bildirirdi. Qeyd olunurdu ki, ermənilər postda içib keflənib, daha sonra bir-biri ilə atışıblar.


 
Rusiya Müdafiə Nazirliyi rəmi məlumata yaralılar barədə heç bir cümlə salmamaqla faktiki Azərbaycan tərəfinin iddialarının haqlı olduğuna eyham vurur. Demək istəyir ki, yaralanma hallarının Azərbaycan-erməni atışmasına dəxli yoxdur.


Bir sözlə erməni qadınlarının gül dəstəsi və piroqu bu dəfə işə yaramadı.




Ana səhifəyə qayıt        Baxış: 5 746          Tarix: 15-10-2021, 21:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma