Xəbər lenti
Dünən, 19:25

Vətəndaş İnkişaf Partiyasinın (VİP) sədri Əli Əliyev təxminən 1 saat əvvəl Bakıda saxlanılıb. 

Bu barədə sosial şəbəkələrdə məlumat verilib. "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı özünün Facebookdakı səhifəsində Əli Əliyevlə yanaşı "Bumeranq" internet televiziyasının baş redaktoru Elçin Rəhimzadənin də saxlandığını bildirib. Ə.Zeynallı VİP-in qərargahında axtarış aparıldığını da xəbər verib. 

Musavat.com Əli Əliyevin hansı hüquq mühafizə orqanı tərəfindən saxlandığını müəyyən edə və yetkililərlə danışa bilib. İstintaq orqanından sayta bildirilib ki, hazırda VİP sədri və "Bumeranq" TV -nin rəhbəri bir məsələ ilə bağlı ifadə verirlər, yaxın saatlarda sərbəst buraxılacaqlar.

O da bildirilib ki, adları çəkilən şəxsləri sadəcə, ifadə üçün dəvət ediblər. Prosesdə heç bir qara maskalı olmayıb, heç bir yerdə axtarış aparılmayıb, heç bir yer dağıdılmayıb.

Əlavə məlumat veriləcək.



Ana səhifəyə qayıt        Baxış: 3 248          Tarix: 6-11-2021, 18:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma